Bu gün müassir estradamızın ən populyar simalarından biri Samir Bağırovun doğum günüdür.
Bizim.Media xəbər verir ki, stilist Samiraldo (Samir Əliyev) bu münasibətlə sənətçi ilə bir araya gəlib.
Stilist yaxın dostu ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
S.Əliyev paylaşımına “Doğum günün mübarək Samir” şərhini yazıb. Qeyd edək ki, Samir Bağırovun bu gün 56 yaşı tamam olur.
Rəşad Əliyev, Bizim.Media