Bloqer Aysel: “Hansı ağıldasınız ki, o an Nicata kömək etmək əvəzinə video çəkmisiniz” - FOTO

“Nicatın qəza keçirməsini eşidən kimi, gecə saat 02:00-da qaçdıq xəstəxanaya. Səhər 07:00-da gəlmişəm evə. Hər kəs orada idi, hamı dua edirdi. Hər şey yaxşı olacaq. Əlimizdən bir şey gəlmir, sadəcə dua edək. İnsanların acısından bəslənməyin, bəsdirin, qurtarın neqativinizi insanların üzərinə tökdünüz. Ağlınıza gələni bilib-bilmədən danışmayın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun bloqer qızı Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Aysel “Nikosayağı” adı ilə məşhurlaşan bloqer Nicat Şakirlinin düşdüyü dəhşətli qəzadan sonra çəkilən videoları sosial mediada paylaşanları sərt şəkildə tənqid edib:  

“Siz çox günahsızsınız? Səhvsizsiniz? Mükəmməlsiniz? Sizinlə eyni havanı udmaqdan iyrənirəm. Hələ xəstəxanada canlı açıb, “prim” yığan boynu yoğunların neçəsi ilə dalaşıb, canlılarını bağlatdırdım. Murdarsınız! Bir insan həyatı heç bir aktivlikdən “follow” yığma həvəsindən daha əskik ola bilməz. Özünüzə gəlin!  Kimdə nə video varsa saxlasın özünə, paylaşmayın. Onları ailəsi baxır. Siz hansı ağıldasınız ki, o an orada kömək etmək əvəzinə video çəkmisiniz, hələ utanmadan “Hekayə bölümündə paylaşdım, girin baxın” yazırsınız.

Düşünmürsünüz ki, o videonu görən doğması nə hala qala bilər? Yaşadığı travma ömürlük bəsdir. Çəkdiyiniz görüntülərlə hələ bir ölümsüzləşdirirsiniz həmin anları. Bir kəlmə “Allah kömək etsin” yazın, bəsdir. Dünən ailəsinin ayaq üstə dayanmağa halı yox idi. Hamı şokda, məyus, üzgün idi... Siz də videolar qoyursunuz, utanmadan hələ pis şərhlər yazırsınız. Sanki siz o yazdıqlarınızla günah qazanmırsınız? Ən böyük günah sizə yazılır. İnsanların haqqına girib, acılarından bəslənməyi buraxın. Dünən xəstəxanada Nicatı sevən izləyiciləri, dostları necə göz yaşı tökürdülər, dua edirdilər. Nə olar ki, siz də dua edəsiniz. Ağzınıza, ağlınıza gələni yazmayın, danışmayın. Bu pis günlər keçər, amma siz pis insan olaraq qalacaqsınız. Ona görə də heç zaman qabağa getməyəcəksiniz”. 

Qeyd edək ki, Nicatın idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan bloqerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.      

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

End of content

No more pages to load

RADİO