Dünya pop səhnəsinin ulduzu Rihannanın ikinci övladı dünyaya gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin reper nişanlısı Eysap Rokidən qızı olub.
Rihannanın artıq xəstəxanadan çıxdığı və hazırda Los-Ancelesdəki villasında olduğu bildirilib.
Qeyd edək ki, müğənninin ötən ilin mayında oğlu dünyaya gəlib. Pop ulduzun ikinci dəfə hamilə olması onun "Super Bowl"dakı çıxışı zamanı məlum olub.
Rəşad Əliyev, Bizim.Media