Aparıcı və aktyor Elcan Rəsulov xəstəxanadan evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Rəsulov müalicə aldığı özəl tibb müəssisəsində fotosunu izləyiciləri ilə bölüşərək “Hər zaman ayaq üstə durmaq lazımdır” şərhini yazıb.
Elcanın xəstəlikdən sonra xeyli çəki atması da diqqətdən qaçmayıb.
Qeyd edək ki, Elcan Rəsulovun iyulun 24-də aparıcısı olduğu “Elcanlı” axşam şousundan sonra qəfil vəziyyəti pisləşib. Aktyor daha sonra təcili şəkildə ödündən əməliyyat olunub və günlərlə klinikada müalicə alıb.
Rəşad Əliyev, Bizim.Media