Mərhum Xalq artisti Ramiz Novruzun qızı vizajist Şəfəq əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu haqda Şəfəq sosial şəbəkə hesabında özü məlumat verib.
Vizajist özəl klinikaların birində palatada həkim-cərrahla çəkilən fotosunu paylaşaraq yaranan ginekoloji problemini əməliyyat yolu ilə aradan qaldırdığını açıqlayıb.
"Kiçik bir əməliyyat keçirdim. Şükürlər olsun ki, uğurlu alındı", - deyə Ş.Novruz vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media