Türkiyədə modellik karyerasını uğurla davam etdirən Günay Musayeva Kapadokyaya tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, podium ulduzu istirahətə dünya şöhrətli dizayner-modelyer Rüfət İsmayıl və stilist-vizajist Ruxa ilə gedib.
Musayeva dağlarla əhatə olunmuş Kapadokyanın simvoluna çevrilən hava şarlarının mənzərəsi önündə çəkilən səmimi, cazibədar və romantik fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Günay paylaşdığı şəkillərə "Bu ikili ilə həmişə əylənin. Təşəkkür edirəm və növbəti dəfəyə qədər..." şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media