Ödündən əməliyyat olunan Elcan Rəsulovun səhhəti AĞIRLAŞIB? - FOTO

Xəbər verdiyimiz kimi, ödündən əməliyyat olunan aparıcı və aktyor Elcan Rəsulovun bir neçə gün əvvəl səhhəti yenidən pisləşib. 

Bizim.Media xəbər verir ki, sənətçi bir neçə gün sürən səssizliyini pozaraq, sağlamlıq vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb. 

E.Rəsulov bildirib ki, ilk müalicə aldığı özəl klinika onun əməliyyata ehtiyacı olmadığını desə də, gözlənilmədən vəziyyəti ağırlaşdığı üçün hospitala təcili əməliyyata götürülüb:

"Çox zənglərə cavab verə bilmirəm. İndi şükür əlim telefon tuta bilir. İyulun 24-ü gecə aparıcısı olduğum "Elcanlı" verilişinin efirində vəziyyətim pisləşdi. Yəni "tutma"larım başladı. Bundan iki gün əvvəl də öd kisəmdə ağır "tutma"larım olmuşdu. Təcili yardımla Mərkəzi Klinikaya yerləşdirildim. Oradan da analiz və MRT nəticələrimə əsasən bildirdilər ki, təcili əməliyyat olunmalıyam.  

Düşündüm həftənin dördüncü günü efirdən sonra dərhal əməliyyat etdirərəm və üç günə sağalıb geri dönərəm. Maraqlanmışdım ki, öd kisə əməliyyatı elə də çətin əməliyyat deyil. Xəbər saytları vəziyyətimin pisləşməsini ayağımla əlaqələndirmişdirlər. Amma bu, belə deyildi. Məsələ ödümlə bağlı idi.  

USM və MRT nəticələrimi görən bütün həkimlər də əməliyyatın qaçılmaz olduğunu bildirdilər. İyulun 24-ü öz avtomobilimlə Medera hospitalına getdim. Orada mənim üçün palata ayırmışdırlar. Gecə ağrıkəsicilər vurdular ki, artıq səhər əməliyyat olunum.  
Səhər tanınmış cərrah gəlib mənimlə tanış oldu. Əməliyyat üçün analizlərimi də götürdülər. Daha sonra cərrah söylədi ki, əməliyyata ehtiyac qalmadı. Səni müalicə edib buraxacağıq evə. Açığı özüm də sevindim. Beləcə müalicəm başladı.

Ortada vəziyyətim dəyişmədi deyə müalicə etməyə qərar verən cərrah məni infeksionistə təhvil verdi. Yeni gələn infeksionist isə bildirdi ki, “zəif antibiotiklərdən istifadə olunub deyə kömək etmir. Keçirik daha güclülərinə”. Və keçdik.  

Mən isə artıq hər saat daha da ağırlaşıram. Yalnız ağrıkəsici vurulan anlarda bir neçə saatlıq yaxşı olurdum. Hətta bu yaxşı vaxtların birində evə getmək istəyimi bildirdim.

İki dərmanlıq resept gətirib verdilər ki, bazar günü gedərsiniz evə. Elə şənbə günü axşamçağı rəhbərliyim və dostlarım adəti üzrə məni ziyarətə gəlmişdilər.

Nəticələrimi istədilər, baxdılar ki, gəldiyim gündən bu yana nəticələr daha pisdir. Hətta su da içə bilmirəm. Yenidən infeksionisti evdən çağırdılar, gəldi baxdı, dedi "etdiyiniz müalicələr effekt verməyib. Müalicələri dəyişəcəyik”.  

Bu nəticələrdən əsəbiləşən dostlarım birdən birə nəticələrimi bütün həkimlərə göndərib hamıdan kömək istəməyə başladılar. Gələn cavablar isə birmənalı oldu. Təcili kateyə salıb, nəticəyə baxıb əməliyyat etmək lazımdır.  

Məlum oldu ki, mən qaldığım klinikada kate yoxdur, başqa klinikaya gedib gəlmək lazımdır. Nə isə vaz keçdik. Bir dostumun vasitəsilə məni əməliyyat etməyi bir həkim öz üzərinə götürdü.

Beləliklə, Medera hospitalının həyətinə BonaDea hospitalının təcili yardım avtomobilini çağırıb oradan götürüldüm. Nəticələrə baxdıqdan sonra cərrah əməliyyatın təcili olduğunu dedi və gecə 00:00-da əməliyyata götürüldüm.  

Hamının yarım saata etdirdiyi öd əməliyyatım 3 saat yarım çəkdi və şükür Allaha ölmədik. Əməliyyat zamanı o da məlum oldu ki, artıq öd kisəm 2 yerdən deşilibmiş və infeksiya bədənə keçməyə başlayırmış.  
Allah ailəmin göz yaşlarına, dualarına, dostlarımın dualarına bağışladı məni. Mənim üçün bu çətin günlərdə əziyət çəkən hər kəsə çox təşəkkür edirəm. Sağalım, çalışacam heç kimin etdiyini cavabsız qoymayım".  








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO