İnfarkt keçirən azərbaycanlı aktrisa: "Dərmanlarımı aptekdən nisyə alıram" – ÖZƏL 

“Aylar əvvəl infarkt keçirdim. Buna görə isə ürəyimdən əməliyyat olunmalı idim. Amma biləndə ki, bu əməliyyat sinə hissədən yarılıb oradan olacaq, razılıq vermədim. Həkimlə qərara gəldim ki, müalicələrlə ürəyimi sağaldım. Müayinə zamanı isə ürəyimdən keçən iki damarın tutulduğunu və cəmi bir damarın işlədiyini bildim. Uzun zamandır ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik isə ürəyimin iki damarının fəaliyyətini dayandırıb". 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib. 

Səhhətindən söz açan 71 yaşlı sənətkar aprel ayında ayağından ağır əməliyyat keçirdiyini açıqlayıb:

"Ayaqlarımda problem var idi. Gəzə bilmirdim. Çox ağrılarım olurdu. Əməliyyata qərar verdim. Aprelin 8-də klinikaların birində ayağımdan əməliyyat olundum. Ayağımda stendlər dəyişdirildi. Düzdür, müəyyən qədər indi hərəkət edə bilsəm də, amma yenə də ağrılarım olur". 

Müalicələrin effektivliyini artırmaq üçün çox sayda dərmanlar qəbul etdiyini söyləyən aktrisa maddi vəziyyətinin aşağı olmasına görə preparatları aptekdən nisyə aldığını bildirib: 

"Xəstəliyim nə birdir, nə də iki. Bununla bağlı isə çox sayda dərmanlar qəbul edirəm. İstər səhhətim, istərsə də maddi vəziyyətim yaxşı deyil. Həddən artıq müalicələrimə və dərmanlarıma pul gedir. Hətta dərmanlarımı apteklərdən nisyə alıram. Sonra da pensiya aldıqdan sonra həmin nisyələrin ödənişini edirəm". 

M.Babayeva əməliyyat və müalicələrini yalnız öz hesabına etdiyini vurğulayıb: 

"Mədəniyyət Nazirliyi mənə diqqət ayırır. Sağolsunlar. Bu yaxınlarda isə pensiyam 420 manat olub. Düzdür, bu pul çox azdır. Belə ki, indi hər bir şeyin qiyməti qalxıb. Eləcə də dərmanların. Məni də ayaqda saxlayan müalicələr və dərmanlardır. İndiyə kimi əməliyyatlarıma gəlincə isə onların hamısını hissə-hissə özüm ödəmişəm. Amma istər əməliyyat, istərsə də müalicələrdə klinikalar ödənişi yarıya endiriblər. Mənə beləcə yardım ediblər. Sizin vasitənizlə isə onların bu xeyirxah addımlarına görə dərin təşəkkürümü bildirirəm". 

Havaların isti keçməsi aktrisanın səhhətinə mənfi təsir edib. Onun sözlərinə görə, bu günlərdə vəziyyəti ağırlaşdığı üçün ard-arda təcili yardıma müraciət edib: 

"Ayağımdan əməliyyat olunduğum zamanda "Hozu" filminin çəkilişləri başlamışdı. Mənə də o filmdə çəkilməyə təklif gəldi. Amma əfsuslar olsun ki, o filmə çəkilməyə səhhətim imkan vermədi. Evdən küçəyə yalnız həkimə gedəndə çıxıram. Zamanımın əksər hissəsi evdə keçir. Havalar da çox isti keçdiyi üçün ürəyim az qala dayansın, səhhətim daha da ağırlaşır. Elə bu günlərdə üstümə neçə dəfə təcili yardım gəlib. Bir təhər yaxınlarımın və yaxşı insanların sayəsində yaşamağa davam edirəm". 

Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün əməliyyat olunmuşdu. Əməliyyat zamanı isə onun sinəsi xaric edilmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO