Röya: “Oğlum böyük olsaydı, ona Mələkxanım Eyubovanın qızını alardım” - VİDEO 

“Yaxşı ki, qardaşım İsmayılın təhsil aldığı universitetdən sevdiyi qız vardı. Biz onları nişanladıq. İsmayıl toya bir ay qalmış zəng vurub mənə deyir ki, bəlkə, toyu biraz uzadaq. Gördüm ki, həyəcandan artıq evlənmək istəmir. Yaşı da 32-dir. Qızın da ailəsi gedir-gəlir soruşur ki, səkkiz il nişanlı qalmaq olar? İsmayılın əkiz qardaşının da 33 yaşı olacaq. Ona heç bir qızı bəyəndirmək olmur. Deyir ki, anamla yaşayıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, oğlu Hüseyni 20 yaşında evləndirəcək: 

“Düşünürəm ki, oğlum Hüseyni 20 yaşında evləndirəcəm. Onu dəbli, gözəl, yeyib-içən, dilləri bilən qızla evləndirəcəm. Deyingən qız istəmirəm. Onların özlərinin işçiləri olacaq. Hüseyni xaricdə oxutmuşam, istəyirəm ki, ona uyğun bir qızla onu evləndirim. Sakit qız istəmirəm.
Hüseynin yaşı 30-u keçərsə onu sakit qızla evləndirə bilərəm. Çünki onun başı artıq səs götürməyəcək. Yaşı keçəcək və heç kimlə yola getməyəcək. Amma cavan oğlanların həyat yoldaşları enerjili olmalıdır. İstəyirəm ki, Hüseyn 20 yaşında evlənsin və çoxlu nəvələrim olsun. O mənim tək uşağımdır. Mən öləndən sonra bəs, bu qədər pul, vəsait kimə qalacaq? İstəyirəm ki, onlara qalsın”. 

Röya vurğulayıb ki, övladı azərbaycanlı ilə deyil, xarici qızla evlənmək istəyir: 

“Oğlumun 15 yaşı var. 5 ildən sonra onunla evlənməsi haqda danışacam. Deyirdim ki, əgər oğlum yaşca böyük olsaydı, Mələkxanım Eyubovanın qızı Nəzrini alardım. Çox gözəl qızdır. Bizim çox gözəl nəvələrimiz olardı (gülür). Müğənni, rejissor olsun heç fərqi yoxdur. Onu elə xoşbəxt gəlin edərəm ki, o müğənniliyi atar.
Düşünürəm ki, əgər oğlum müğənni ilə ailə qursa, o, qara dərili qız olacaq. Çünki Hüseyn azərbaycanlı ilə deyil xarici qızla evlənmək istəyir. Onun sevdiyi xanımlar isə braziliyalı və ya ukraynalılardır. Bir ana kimi düşünürəm ki, övladı cavan vaxtı evləndirmək lazımdır. Çünki zaman keçdikcə onları evləndirmək olmur”.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

End of content

No more pages to load

RADİO