Röya Aygün Bəylərlə qalmaqalından DANIŞDI: “Məni və sənətimi təhqir etmişdi” - VİDEO 

Beş il əvvəl Əməkdar artist Aygün Bəylərin “Səhər-səhər” verilişində söylədiyi “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən” səsləndirdiyi qalmaqallı fikirlərə Xalq artisti Röya Ayxandan cavab gəlib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məhkəməyə qədər uzanan məsələ ilə bağlı açıqlama verib. 

Röya bildirib ki, təhqirlərə görə Bəyləri məhkəməyə versə də, lakin sonradan bu istəyindən vaz keçib: 

“Verilişlərin birində məni təhqir etmişdi (Aygün Bəylər – red.). Onu məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə xəbər gəldi ki, siz qarşı tərəfi Apellyasiya Məhkəməsinə verməlisiniz. Sual verdim ki, hansı məhkəmədən söhbət gedir? Kim? Cavab verdilər ki, filankəsi (Aygün Bəylər – red.).

Dedim ki, cırın, tullayın o ərizəni. Prodüserim Kənanın belə bu məhkəmə məsələsi yadından çıxmışdı. Vəkil zəng vurub, sizin işiniz gedir, deməli idi. Amma demədi. Çünki 15 il birlikdə çalışdığım vəkilim belə bu məsələyə fikir verməyib.
Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf bizim onu məhkəməyə verdiyimizi bilsin və bizdən əl çəksin. Orada məni şəxsi və sənətlə çox pis təhqir etmişdi. O da olmaz idi”.

Müğənni həmkarı ilə aralarında yaşadığı qalmaqallı məsələni bu cür nəql edib: 

“Məhkəməyə nəyə görə verdim... Çünki bir ay əvvəl bizim yaxın dostumuz var, hansı ki, bizi onunla yaxın edib. Onu həmin dostumuzun evinə dəvət etdim. Dedim, ona demə ki, mən burdayam, qoy gəlsin bura.

O, verilişdən əvvəl bir digər başqa verilişdə də haqqımda danışmışdı. Biz görüşdük. Sual verdim ki, bizim nə problemimiz var? Cavab verdi ki, toyların birində məni görmüsən, amma salam verməmisən. Qalxıb ayağa dedim ki, bu problem deyil. Əgər səni toyda görməmişəmsə, 30 dəfə üzr istəyirəm.
Amma bu məsələnin üstündən bir həftə keçdi, o xanım verilişə çıxıb haqqımda xoşagəlməz sözlər danışdı. Həmin o dost dediyim adamın evinə artıq getmirəm. Bu problem elə-belə küsmək deyil, qara nöqtədir. Bu qara nöqtə isə paxıllıqdır.

Allah hər kəsi o qara nöqtədən hifz etsin. Allah hər kəsə can sağlığı, uğur versin. Allah başlarını pul, iş və uğurla o qədər qatsın ki, bizi unutsunlar”. 

Qeyd edək ki, Röya Ayxan illər əvvəl Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Ərizədə A.Bəylərin “ARB” telekanalında Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsini tələb etmişdi.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

End of content

No more pages to load

RADİO