Röya: “Beş ilə bir ev tikdirdim, dedilər ki, kimsə hədiyyə verib” – VİDEO 

“Özüm haqda “Azərbaycanın ən zəngin müğənnisi Röyadır” sözlərini hər zaman eşitmişdim. Gənc yaşlarımda deyirdim ki, mənim də elə obyektlərim, evlərim olacaq. Hər zaman yaxşı şeylər arzulamışam. Deməmişəm ki, kimdəsə bunlar haradandır, necə qazandı, mən niyə qazanmıram. Xeyr!

Sadəcə demişəm ki, mən həmin o insan kimi olacağam. Mən də bu müğənni kimi olacağam, mənim də bir neçə avtomobil kolleksiyam olacaq. Kişilərin bahalı avtomobillərindən xoşum gəlirdi. Həmin həyatı da özüm üçün qurmuşam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi uzun müddətdir haqqında gəzib-dolaşan “Röyanın yaşadığı villanı hədiyyə ediblər” söz-söhbətlərə aydınlıq gətirib: 

“Arada deyib gülürəm ki, beş ilə bir dənə ev tikdirdim... Beş il, yəni pulun olmamasına görə yox, deyərlər ki, Röya ağlayır. Xeyr! Qadın olduğum üçün ətrafımda,  iki qardaşım uzaqda yaşayır, atam rayon adamıdır, evdədir, təmir işləri ilə məşğul olan adamım yox idi. Sürücüm məşğul olurdu, amma o da davamlı yanımda idi.

Bir gün prodüserim Kənan gedib gördü ki, pilləkanı pəncərədə tikiblər. Bir gün gedib gördüm ki, pilləkanı düz yox, fiqurlu tikiblər. Sökdük! Bu kimi problemlər beş il davam etdi. Liftin yerini unutmuşdular. Liftin yerini qoyublar, amma növbəti mərtəbələrdə yerini qoymamışdılar. Bu kimi məsələlər mənim beş ilimi apardı.

Deyirəm ki, bu beş ildə bir ev tikdirdim elə deyirlər ki, bu evi mənə kimsə hədiyyə verib. Bu kimi fikirləri səsləndirənlər iki yerə bölünür:

Bunun öz qazancına nə gəlib, bir gündə 3-4 toydadır və qiyməti də bəllidir və digər tərəf hədiyyə veriblər söyləyənlər. Kimsə mənə hədiyyə də verirsə, niyə etməsin ki, əgər o mənim həyatımdadırsa. Bu, onun borcudur.

Bir qadın hədiyyə almağı sevər. Amma belə də yox da... Mən yaxşı fikirləri oğurlayan qızam. Mənə yaxın dostlarım deyir ki, sən süngərsən, su tökürsən üzərinə yığır. Oğlan müğənnilərdən isə Zamiq Hüseynov belədir. Eyni ilə mənəm”. 

Röya Mayamidəki evindən də söz açıb: 

“Mayamidə ev almaq mənim ən böyük arzumdur. İnanın ki, iki ildən sonra mənim orada evim olacaq. Buna doğru gedirəm. Hər il yaşıl dəftərimə arzu, istəklərimi yazıram. Keçən il yazdım ki, təşəkkür edirəm ki, filan ölkədə mənə ev qismət etdin. Bu il isə biz o evi aldıq. Aldıqlarım isə övladım Hüseynin və onun gələcək uşağınındır. Övladımı isə mən 20 yaşında evləndirəcəm”. 

Xalq artisti həyatında heç kimin olmadığını vurğulayıb: 

“Həyatımda heç kimim yoxdur. Əvvəllər verdiyim müsahibələrimə baxıb deyirəm ki, mən necə axmaq olmuşam. Demişəm ki, həyatımda kimsə olmasa yaşaya bilmərəm. İndi səhər yatağımdan durub söyləyirəm ki, Allahım, bu necə gözəl həyatdır. Düşürəm aşağı, dostlarım evimə qonaq gəlir. Həyatım çox çətin gedir. Dəhşətli dərəcədə məni qısqanırlar. İstəmirəm! Həyatım belə çox gözəl, amma sıxıcı deyil, çünki gedərsən gəzməklərə, kimsə səni restorana yeməyə aparar (gülür)”. 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məhsullar UCUZLAŞACAQ

Bu məhsullar UCUZLAŞACAQ

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

Qubada yol və işıq PROBLEMİ – Sakinlər üç gündür narahatdır - FOTO/VİDEO

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

AEBA: İranın ağır su istehsalı zavodu sıradan çıxıb

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış oldu

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

Zaqatalada dəhşətli QƏZA: Ölən və yaralılar var

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“O halda görüşməyə utanırdı” - Video

“O halda görüşməyə utanırdı” - Video

Musiqi dinləməyin 4 faydası

Musiqi dinləməyin 4 faydası

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

“Mən bu cahana sığmazam...” - Video

“Mən bu cahana sığmazam...” - Video

"Ən böyük xoşbəxtlik budur"

"Ən böyük xoşbəxtlik budur"

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Su qızdırıcılarının təmizlənməsində təbii dövr: Kimyəvi maddələrlə vidalaşın

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hindistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Ulu öndəri 29 il əvvəl ABŞ-da DUYĞULANDIRAN ANLAR: Heydər Əliyevin səfərindən TARİXİ KADRLAR - VİDEO

Bu ayda iş vaxtı norması azalacaq

Bu ayda iş vaxtı norması azalacaq

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Şorbanın bilinməyən ziyanlı TƏRƏFLƏRİ

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Kəmaləddin Heydərov vida mərasimində - Fotolar

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

Azərbaycan pambıq ixracından qazancını kəskin ARTIRIB

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

DYP-dən ÇAĞIRIŞ: Bu yollarda intensiv hərəkət müşahidə olunur - FOTO

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

Şəmkirdə DƏHŞƏT: 33 yaşlı kişi anasını qətlə yetirdi, sonra özünü yandırdı

İllər sonra səhnəyə qayıdır - Fotolar

İllər sonra səhnəyə qayıdır - Fotolar

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

Tofiq Musayevin UFC-də növbəti döyüşü bu tarixdə ola bilər

End of content

No more pages to load

RADİO