Dünya pop səhnəsinin parlaq ulduzu Cennifer Lopez dəbdəbəli villasında təmtəraqlı doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, illərə meydan oxuyan sənətçi 54 yaşına qədəm qoyub.
Bu münasibətlə ətrafına ailəsini və yaxın dostlarını toplayan Lopez onlarla birlikdə əyləncəli zaman keçirib. Dostlarının alqışları altında masada rəqs edən pop ulduz gözəl bədən quruluşu ilə diqqət çəkib.
Ad gününü kürəyi açıq libasla açan Cennifer rəsmi hissədən sonra, cazibədar bikinidə göz önündə parlayıb. Yaşının üstünə yaş gələn məşhur doğum günündə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media