Əməkdar artist Nigar Şabanova yenidən plastik əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Nigar səhər saatlarında bıçaq altına uzandığını bildirsə də, əməliyyatın nə olduğunu açıqlamayıb.
Qeyd edək ki, illər əvvəl Nigar Şabanova burnundan əməliyyat olunub. Bir neçə ay əvvəl isə müğənni bədən şəkilləndirmə əməliyyatı etdirib.
Rəşad Əliyev, Bizim.Media