Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib.
Bizim.Media xəbər verir ki, sənətçinin oğlu nişanlısı, jurnalist Əda İrapla münasibətlərini rəsmiləşdirib.
Əmrah "düşmən kəsildiyi" oğlunun toyuna qatılmayıb. Mərasimdə Tayfunun nikah şahidi aktyor Nuri Alço olub.
Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur və onlar uzun müddətdir küsülüdürlər.
Rəşad Əliyev, Bizim.Media