Əməkdar artist Elza Seyidcahan bacıları ilə bağlı verilən suala əsəbiləşib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində küsülü olduğu bacısı Lalə Seyidcahanla barışması sualına sərt şəkildə reaksiya verib.
“Mən heç kimlə küsülü deyildim. Xahiş edirəm, verilişdə də belə mövzulardan söhbət etməyin. Heç vaxt heç kimdən küsmürəm. Efirdə olanlara inanmaq düzgün deyil. İstəyərəm ki, bu haqda sual verməyəsiniz. Məndən də cavab gözləməyin”.
Qeyd edək ki, Lalə Seyidcahan efirlərə çıxaraq bacısı Elza ilə 8 ildir küsülü olduğunu açıqlayıb. Bacılar bir neçə gün əvvəl anası Seyidcahan Əhmədovanın ad günündə bir araya gələrək barışıblar.
Rəşad Əliyev, Bizim.Media