Türkiyənin məşhur müğənnisi Əmrahın uzun müddət küsdüyü və rədd etdiyi oğlu Tayfun Ərdoğan evlənir.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçinin oğlu eşq yaşadığı Eda İrapla evlilik hazırlığına başlayıb.
Tayfun-Eda cütlüyünün toyu iyulun 23-də Bursada baş tutacaq. Əmrahın məclisdə iştirak edib-etməyəcəyi isə sual altındadır.
Rəşad Əliyev, Bizim.Media