Lalə Seyidcahan: “Yanımda Elzanın olmadığını biləndə məni işdən çıxarırlar, qalıram ac” - VİDEO

“Elzanın vaxtı yoxdur mənimlə görüşməyə. Bəlkə də 8 ildir ki, biz görüşmürük. Elza məndən qaçır. O, mənim bacımdır, onu dünyalar qədər sevirəm. İki-üç gün əvvəl dedim ki, Allahım Elzaya olan bu mühakiməni üstümdən götür. Ürəyimdə onunla çox danışıram və ağlayıram.

Ağlamağı sevmirəm. Amma Elza haqqında danışanda nədənsə başlayıram ağlamağa (ağlayır). İstəmirəm onu ürəyimdə mühakimə edim. İstəyirəm ki, bitsin bu söhbət”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib. 

Lalə bacısı Elza ilə illərlə davam edən küsülülüyü belə nəql edib: 

“Hara gedirəmsə Elzanı məndən soruşurlar. Amma mən insanları 6-8 ildir ki, aldadıram, deyirəm ki, hər şey yaxşıdır. Ad günlərində də biz birlikdə olmuruq. Ondan biz bacıları soruşanda deyir ki, getsinlər öz evlərində otursunlar. Onsuz da biz öz evimizdə oturmuşuq. Rasimə bacım uzun müddət Amerikada yaşayıb.

Rasimənin 29 yaşı olanda Amerikadan geri gəldi. Bizim Rasimədən xəbərimiz olmadı. Yəni anamız ancaq mənimlə və bacım Elza ilə məşğul oldu. Digər bacılarımı - Mehribanla Rasiməni çətinliklərimiz ucbatından anam kölgədə qoydu. Mən Mehriban və Rasimə haqda danışanda az qalır ki, durum ayaq üstə danışım. Atamın dörd qızı var. Onların dördü də mülkdür.
Yoxdur belə qızlardan. Mənim Elzaya qıcıq olmağım yanında digər üç bacılarının olmamasıdır. Nə oldu hamımız pis olduq? Eybi yox məni və Mehriban bacılarını qoy kənara. Heç nə olmaz. Kimsə sənə nələrsə deyir... Amma Rasiməni kənara qoyma. Rasimənin sənəti ilə sənin sənətin eynidir. Rasimə bu sənəti çox gözəl bilir. Rasiməni əlindən tut, özünlə apar qabağa”. 

L.Seyidcahanın sözlərinə görə, çalışdığı yerdə Elzanın onunla danışmadığını biləndə, işdən çıxarırlar:  

“Hansı işə gedirəm, hamı Elzanı məndən soruşur. Biləndə ki, Elza yoxdur məni işdən çıxarırlar və qalıram ac. Dəfələrlə bu, belə olub. Onlardan Elza ilə münasibətlərimi gizlədirəm. Görəndəki Elza yanımda yoxdur, məni işdən çıxarırlar.

İnsanlar Elzanı axtarırlar. Əslində Lalə çox istedadlıdır, amma insanlar Elzanı, məşhurluğu istəyirlər. İstəyirlər ki, Elza getsin onların toyunda oxusun. Onlar da bununla öyünsünlər. Bu pis deyil. Amma bu Elzanın yox, dörd bacının zəhmətidir”. 

Daha sonra Lalə Elzaya efir vasitəsi ilə müğənni Rasimə Seyidcahana sənətdə yardım etməsini əmr edib: 

“Sənə bir böyük bacı kimi əmr edirəm, Rasiməni kənara çəkmə. Onunla fəxr et! Rasiməni sənətdə irəli apar. Hər zaman biz sənin arxanda olmuşuq. Bu söhbətləri də bitir. Çünki nəvələrə təsir edir. Evin içində söz-söhbətlər gedir. Uşaqlar istəyirlər ki, hamı ailə kimi ad günlərində bir yerə yığışsınlar. Amma bu olmur.

Elza bizdən qaçır. Nə vaxta kimi qaçacaqsan? Otur mənimlə üz-üzə... Nə baş verir Elza Seyidcahan? Keçən səfər kanalların birində bacısı ilə birlikdə efirdə idi. Rasimə gözəl geyinmişdi və mahnı oxuyurdu. Elzaya verilişdə bacısı Rasiməni soruşurlar, deyir ki, bacım yox sənət yoldaşımdır”. 

Bununla da ürəyi sakitləşməyən Lalə vurğulayıb ki, dörd bacının küsülülüyünə səbəb onların aralarına “zəhər toxumları”nı səpən insanlar var:  

“Biz hamımız eybəcərləşdik. Çünki dörd bacının arasına girənlər oldu. Bu dörd bacının arasına isə siz müvəqqəti girmisiniz. Bizi elə belə ana və ata dünyaya gətirməyib. Pul, hədiyyə istəyirsiniz veririk. Hətta quluğunuzda da dururuq. Amma bu dörd bacıya dəyməyin, günahdır.

Elədiklərinizə görə bu dünyada da, o dünyada da cavab verəcəksiz. Elza həqiqətən gözəl xanımdır. Amma bu illər ərzində biz eybəcərləşdik. Bilmədik dərdimizi kimə deyək, gizlətdik”. 

Proqramın gedişatında Əməkdar artist canlı efirə qoşulub. Sükan arxasında olduğunu bildirən Elza verilişin aparıcısı Zaur Baxşəliyevlə söhbətləşib. Lakin studiyada əyləşən bacısının adını çəkməməsi Laləni qəzəbləndirib.

“Çalış bir dəfə də yaxınlarda ol. Mən Elzanın adını çəkirəm. Amma o bir dəfə də olsun adımı çəkmir. Necə qorxuzublarsa onu. Heç olmasa adımı de. O boyda nəsil mənə Lalə adını verib. Mən onun adını batırası bacılardan deyiləm. Onun başını hər zaman ucaltmışam. Qorxur adımı çəkməkdən. Bu qədər qorxuzublar səni? Sən hər şeyi yaxşı başa düşürsən. Sən axı Elzasan”, - deyə Lalə bildirib. 

Bu sözlərdən sonra bacısının səsini eşidən müğənni “Böyük bacım Lalə Seyidcahanın səsi gəlir... Deyəsən studiyada Lalə oturub. Maşallah Seyidcahanlılar efirdə tuğyan edir. Ayın 12-si anam Əhmədova Seyidcahanın 75 yaşı tamam oldu.
Baxmayaraq ki, həmin gün çəkilişdəyəm, amma özümü anamın doğum gününə çatdıracağam. Onsuz da mən hər gün anamı gedib, görürəm. Arzu edirəm ki, onun övladları da analarının yanında olsunlar. Kimin üstündə anamın əziyyəti olubsa, anamı təbrik etsinlər” sözlərini dilə gətirib. 

Elzanın anasının doğum günü ilə bağlı söylədiyi kəlmələrə Lalənin reaksiyası belə olub: 

“Mən anamı təbrik edirəm və hər zaman onun yanındayam. Elza Azərbaycan Yazıçılar Birliyinə üzv seçiləndən sonra artıq bizim kimi danışmayacaq. Mən onu qısqanmıram. Anamın ad gününə də gəlirik. Sən dəvətnaməni yolla. Sən millət vəkili olmaq istəyirsən. Rasimə bacına klip çəkdir, onun qayğısına qal.

Öz kliplərini kənara qoy Rasiməyə çəkdir. Onda deyim ki, sən də Rasimə bacına nəsə elədin. Sənətçi demə ona, o sənin ananın və atanın övladıdır. Rasimə sənin üçün nə qədər əziyyət çəkib, sən də o zəhməti geri qaytar. Biz bacılar bir-birimizə əslində borclu deyilik. Sənə nə etmişəmsə, bəlkə də artığını mənə etmisən”. 
Elza Lalənin bacıları Rasimə ilə bağlı səsləndirdiyi fikirlərə “Bizim ailəmizin bir dənə sponsoru var o da ki Əhmədova Seyidcahan Şərəfəddin qızı. Allah sizin köməyiniz olsun. Xoş günlərdə görüşək” cavabını verib. 

Lalə bacısı ilə olan söhbətini bu sözlərlə yekunlaşdırıb: 

“İmkan ver Əhmədova Seyidcahan başqalarına da nəsə eləsin. Sözdə demə, əməldə göstər”. 
 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

End of content

No more pages to load

RADİO