Cahangir Zeynallı: “Anam mənim üçün iki dəfə nazirin yanına xahişə gedib” – VİDEO 

“Mənim Türkiyəyə getmək səbəbim anam Nəsibə Zeynalovanın xəstəliyi ilə bağlı idi. İllər əvvəl mənə söylədilər ki, “Cahangir bəy sizin Türkiyəyə getməyiniz hamımızı çaşdırdı. Ya sən, ya Nəsibə xanım açmayacağınız qapı yox idi. O zamanlar elə bir nazir yox idi ki, mənə nədəsə köməklik etməsin. Onlar ən uzağı deyirdilər ki, sabah saat 11-də gəl görüşək. Mən də heç zaman hansısa xahişi özüm üçün istəməzdim. Özüm üçün həyatda heç zaman heçnə istəməmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı qonaq olduğu “Söhbət var” verilişində deyib. 

Sənətkar bildirib ki, mərhum anası, Xalq artisti Nəsibə Zeynalova onun üçün iki dəfə nazirin qəbuluna gedib: 

“Nəsibə xanım mənim üçün iki dəfə nazirin yanına xahişə gedib. Bir mən əsgər gedəndə... Noyabr ayına kimi gözləmək istəmədim. Murtuz Quliyevin yanına getdim. Nəsibə xanım dedi ki, mən istəyirəm ki, oğlum indi getsin əsgər. Oradan da Murtuz müəllim dedi ki, “Kimdir o? Necə insandır ki, Nəsibə xanım övladını əsgər göndərmək istəyir?” İkinci dəfə isə anam Zakir Nərimanovun yanına getdi ki, “Oğlum Cahangir Musiqili Teatrda işləmək istəmir. O, Şəkiyə getmək istəyir”. Yəni təyinatımı Şəkiyə istəyib. Başqa məsələdən ötrü mənim üçün xahiş olunmayıb. Özüm üçün də heçnə xahiş etməmişəm”. 

C.Zeynallı Türkiyəyə köçməsinin səbəblərindən də danışıb: 

“Anam Nəsibə xanım atamın vəfatından sonra iflic olmuşdu. O, böyük stress keçirmişdi. Onun dərmanlarını və yaşamını qarşılamaq üçün Türkiyəyə yollandım. Elə insanlar var ki, xaricə gedib Azərbaycanın arxasıyca danışır. Öz ölkəsini kiçildib, orada bir iş görməyən insanlara hər zaman nifrət etmişəm. Elə insanlarla dəfələrlə Türkiyədə mübahisələrim olub və onları susdurmuşam.
Demişəm ki, sən azərbaycanlısan, Vətəninin dəyərini, qiymətini bil. Qanının dəyərini bil. Yoxsa sənin qanın pozulmuşdur. Mən sərt danışanam. İmkanım, savadım, bacarığım olub, getmişəm Türkiyəyə və on il anamı yaşada bilmişəm. Açığı deyim ki, həyat yoldaşımla Türkiyədə 3-5 il arasında yaşamağa getmişdik. Amma getdim, işlər dəyişdi”. 
 


Rəşad Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO