Cavanşir Məmmədovun keçmiş kürəkəni: “Məni ölümlə təhdid edirdi” - FOTO/VİDEO

“Mən Cavanşir Məmmədovun qızı ilə rəsmi evlənə bilmədiyim üçün Cavanşir bəyin kürəkəni sayılmıram. Heç yerdə Cavanşir bəyin qızına həyat yoldaşım deməmişəm. Mənim Cavanşir bəylə münasibətim yoxdur. Biz bir-birimizi məhkəmədən məhkəməyə görürük.

Cavanşir bəy bu qədər efirlərə çıxıb insanlara ağıl verir, amma bizim məsələmizi çözmür. O,  mənə insan kimi münasibət bəsləmədi. Sübütlarım əlimdə tutduğum bu sənədlərdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədovun kürəkəni kimi özünü təqdim edən Kemal Mustafa İbili pənah gətirdiyi “Təsir dairəsi” ictimai-sosial verilişində deyib. 

İllər əvvəl sənətkarın qızı Xatirə Məmmədovaya ilə münasibətdə olduğunu söyləyən Mustafa bildirib ki, Məmmədov onu sosial şəbəkələrdə dələduz kimi tanıdıb: 

“Onun vasitəçiliyi ilə məni sosial mediada dələduz kimi tanıdılar. Haqqımda fərqli kəlmələr söylənildi. İstintaq getdiyi dönəmdə verdiyi çox sayda sübutları da yox etdilər. Bunların hamısının meydana çıxmasını istəyirəm. İşimizdə pul məsələsi var. Güya ki, Cavanşir bəyin pulunu almışam. Amma mən ondan pul almamışam. Pulu hara yatırdığımız bəllidir.  

Əməkdar artistin evində üç il qeyri-rəsmi yaşadığını açıqlayan Mustafa vurğulayıb ki, qarşı tərəf onun 300 min dollarını mənimsəyib: 

“Cavanşir Məmmədovun evində üç il qeyri-rəsmi yaşamışam. Onun qızı ilə evlənəcəkdim deyə 2018-ci ildə qızı ilə “Facebook” vasitəsi ilə tanış oldum. Hər ay evlənəcəyəm deyə desəm də amma bizim izdivacımız olmadı. Biz dörd dəfə Türkiyəyə getdik. Nizami metrosu tərəfdə qalır. Üç il yarım orada yaşadım. Orada yaşayan bir çox insan məni tanıyır.

Türkiyəyə 2019-cu ildə getdim. Obyektim vardı, onu satdım, İstanbulda Cavanşir bəyin qızı Xatirə üçün qızıllar aldım. İstanbulda Gebzedə ofisim vardı. Qızın anası ilə “Qış parkı”nda görüşdük, çay içdik və  mənə dedi ki, Mustafa bu iş alınsa, sən Türkiyədə ev almalısan ki, biz Cavanşir bəyə deyə bilək ki, sən qızımızla evlənmək istəyirsən. Burada söhbət 240 min dollardan gedir. Mənim 300 min dollarım ortada yoxdur”. 

Proqramın gedişatında Cavanşir Məmmədov canlı efirə qoşulub. Müğənni Mustafanın söylədiklərinin əsassız olduğunu və onun ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulduğunu vurğulayıb: 

“Atalar məsələsi var “Qara məni basınca, qoy qaranı mən basım”. Mustafaya qırmızı dairədədir. Bir dəfə liman və bir dəfə də təyyarə yolu ilə... O ölkədən qaçmağa cəhd göstərib”. 

C.Məmmədovun iddialarına isə Mustafa “Mən qaçmaq istəsəydim, burada olmayacaqdım. Cavanşir bəy məni ölümlə təhdid edərək 15 min manat pul təklif edib. Rəqəmlər var, məhkəmədə də bunu söylədi. Orada protokol da var, Cavanşirə heç bir məbləğ nədənsə ödənilməyib” cavabını verib. 
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

End of content

No more pages to load

RADİO