Müğənni Nadir Qafarzadə ailəsi və müqəddəs Qurban bayramı ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanım, oğulları Əziz, Loğman və gəlinləri Əntiqə ilə birgə çəkilmiş fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qafarzadə paylaşımında hamını özü və ailəsi adından Qurban bayramı münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Nadirin oğlu Loğman Əntiqə xanımla 2 il əvvəl ailə qurub.
Rəşad Əliyev, Bizim.Media