Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında həmkarı Vüqar Hüseynovun “Dünya iki günlükdü” nəğməsini izləyiciləri ilə bölüşərək trenddə olan mahnıları tənqid edib.
“Biraz çahargah üstündə musiqi dinləyək. Yoxsa bu gün dəbdə olan mahnılardan, musiqilərdən nifrət astanasındayıq”, - deyə B.Dadaşova yazıb.
Rəşad Əliyev, Bizim.Media