DSX-nın kapitanı Elnarə: “Aylarla kazarmada qalmışam, yatanda yanımdan tank keçib” – VİDEO 

“Hərbçi olmaq çox çətindir. Gözümü açıb belə görmüşəm. Biz 2004-cü ildən Vətənə təmənnasız qulluq edirik. Hərbi əməkdaşlığa görə aldığım medal elə belə deyil. Əslində mənim və həyat yoldaşım Rövşən üçün fərqi yox idi, biz hərbi qurumda olsaydıq, olmasaydıq da hər ikimiz bu yöndə işlər görəcəydik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı, müğənni Elnarə Xəlilova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovla ailəli olan sənətçi bildirib ki, 19 ildir ki, həyatını hərbi sahəyə bağlayıb: 

“Hamımız bilirik ki, Rövşən zaman-zaman televiziyada “Hər şey Vətən üçün”, “And yerimiz Vətən!”, “Vətən sağ olsun!” kimi layihələr edib. Onun bir sıra layihələrində mən də iştirak etmişəm. O zaman mən onunla ailəli deyildim. Mən nə bacarmışamsa, onu da etmişəm. Aylarla kazarmada qalmışam, əsgər yataqxanasında yatmışam, əsgər yeməkxanasında yemək yemişəm. Bildiyiniz, qulluq etmişəm. “Instagram” sosial şəbəkə hesabımda “Göy təpə”də güllə atdığımız səhnələri paylaşmışam. Onu da görə bilərsiniz. Kəndirlə helikopterə qalxmışam. Yatmışam yanımdan tank gəlib keçib. Hər bir şey etmişəm”. 

E.Xəlilova vurğulayıb ki, səkkizinci sinifdə oxuyan böyük oğlu Tuğay sənədlərini Dövlət Sərhəd Xidmətinə verməyi düşünür: 

“Rövşən harada olursa, əsasən, oğullarım da onunla bir yerdə olurlar. At çapırlar, helikoper idarə edirlər, gəmidə olurlar. Böyük oğlum Tuğay deyir ki, siz məni fikrimdən döndərə bilməyəcəksiniz. Biz onu fikrindən döndərmirik. Düşünürük ki, hələ ki o uşaqdır. Səkkizinci sinifdə oxuyur. Fikirləşirik ki, Tuğay hələ qərarını verməyib. Bəlkə, daha yaxşı fikirləşsin, bəlkə, başqa sahədə özünü daha yaxşı sınaya bilər. Həyatdır, heç kim bilə-bilməz ki, necə olacaq.

Biz istəyirik ki, daha loyal şəkildə oğlumuz öz qərarını versin. Biz hərbçi olmağın çətinliyini bilirik. Özümüz də yer görmürük. Gecən-gündüzün yoxdur. Hərbçinin həyatı budur. Lakin Tuğay söyləyir ki, məni başqa sahəyə istiqamətləndirsəniz də, universitetimi bitirən kimi, sənədlərimi hərbiyə, Dövlət Sərhəd Xidmətinə verəcəm”. 
Qeyd edək ki, Elnarə və Rövşən cütlüyünün dörd övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

End of content

No more pages to load

RADİO