Müğənni Safura Əlizadə ailəsi ilə birlikdə təbiət qoynuna istirahətə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi istirahət zamanı övladları və həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Safura və Fərhad cütlüyünün Ayşə, İsgəndər və Natiq adlı üç övladı var. Müğənnin əri mərhum və sabiq Sənaye və Energetika naziri Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media