Aşıq Zülfiyyə: “Gəlinim bizimlə yaşayanda ərim evdə köynəksiz, idman şalvarında gəzmirdi” – VİDEO

“Qayınana bir ana deməkdir. Əgər ananı sevirsənsə, qayınananı da sevməlisən. Oğlum Babək həyat yoldaşı ilə beş il bizim yanımızda yaşadı. Sonra ev aldıqdan sonra yanımızdan köçdülər. İnanın ki, bu beş il ərzində zərrə qədər aramızda narahatlıq olmadı. Hər səhər gəlin mənimlə gəlib öpüşür, görüşürdü”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova müğənni oğlu Babəklə qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər şousunda deyib. 

Beş il gəlini ilə birlikdə yaşadığını söyləyən sənətçi bildirib ki, bu illər ərzində həyat yoldaşı utandığından evdə köynək və idman şalvarında gəzməyib: 

“Biz bir binada, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Amma onlar sərbəst olsalar daha yaxşıdır. Həyat yoldaşım çox abırlı, ismətli insandır. O, köynəksiz evdə gəzmir. Bu, mümkün də deyil. Görürdüm ki, o gəlinin yanında narahat olur. Hətta idman şalvarı belə gəlinin yanında geyinmirdi”. 

Aşıq vurğulayıb ki, indiki gəlinlərin cibinə valideyinləri bahalı telefon qoyur ki, qayınana ilə qayınatanın danışdıqlarını yazsın: 

“Babək hələ evlənməmişdi, həyat yoldaşıma jurnalist verilişlərin birində sual verdi ki, “Necə bir gəlin istəyirsiniz?” Cavab verdi ki, “Sadə, səmimi, olana şükür edən bir gəlin,I oğlum Babək üçün istəyirik”. Jurnalist isə “Çox çətin olacaq” dedi. Həyat yoldaşım isə bu sözlərə qarşılıq olaraq söylədi ki, “Əvvəllər analar qızların cibinə daş qoyurdular ki, daş dillənsə sən də dillən. Amma indi isə diktofon qoyurlar ki, qayınana və qayınatanın səsini yazasan”. Amma şükür Allaha ki, bizim ailədə elə bir problem olmayıb”. 

Z.İbadovanın sözlərinə görə, oğlu Babək yaxın qohumları ilə evlənsə də, əvvəllər ailələri arasında gediş-gəliş olmayıb: 

“Gəlinimin atası dayım oğlu olsa da, gediş-gəlişimiz olmayıb. Babək həyat yoldaşını toyda görüb bəyənmişdi. Sonra biz məsləhət elədik ki, evlənsinlər. Oğlum Babək mənə oğul kimi deyil, kürəkənim kimidir. Gəlinim isə qızımdır. Gəlinim Babəkdən daha çox mənə yaxındır. Elə bilirəm ki, gəlinim doğma övladımdır. Babək isə mənə qarşı daha sərtdir”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

End of content

No more pages to load

RADİO