Ölkənin məşhur xanəndələri növbəti dəfə Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində muğam ifaçıları “Muğam aləmi” 6-сı Beynəlxalq Musiqi Festivalında iştirak ediblər.
Ustadlar arasında Xalq artistləri Mənsum İbrahimov, Mələkxanım Eyubova, Gülyanaq Məmmədova, Elçin Həşimov, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova və digərləri yer alıb. Sənətkarlar xatirə olaraq çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Rəşad Əliyev, Bizim.Media