Sərxan şikayətləndi: “Bakıdakı obyektlərə görə məcbursan avtomobil yoluna çıxmağa” - VİDEO

“Sərxan adını mən dəbə gətirmişəm. Bu adı çox nadir hallarda uşaqlara verirdilər. 1985-1988-ci illərdə doğulan uşaqlara daha çox Sərxan adını verməyə başladılar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu “Şənbə axşamı” verilişində deyib. 

70 yaşlı sənətkar Bakı şəhərindəki bəzi dəyişikliklərdən gileylənib: 

“Bakı dəyişir, gözəlləşir. Amma bu dəyişimin mənfi tərəfləri də var. O tərəfləri isə mən içəridən görürəm. Onlar da zamanla düzələr. 1990-ci illər çətin illər idi. Şəhərin zirzəmilərini açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt. Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur”. 

Sərxan doğulub, boya-başa çatdığı "İçərişəhər" metro stansiyası ərazisində yeni mənzil aldığını da açıqlayıb:  

“Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram. İstiqlaliyyət küçəsi ilə Murtuza Muxtarov küçəsinin kəsişdiyi yerdə ev almışam. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm”. 

Xalq artisti gənclik illərində həm aşpaz, həm də dənizçi olmaq istədiyini bildirib:  

“Gənclik illərində aşpaz olmaz istəyirdim. Çünki, ailədə dörd uşaq idik. Yeməkləri hər zaman nənəm bişirirdi. Mən isə yaxşı yeyən insan idim. Gəlirdim qazanın qapağını açmağa, nənəm deyirdi ki, ona əl vurma, atan için bişirmişəm. Digər yeməyi yemək istəyəndə deyirdi ki, bu soğansız yeməkdir, bacın üçün hazırlamışam. O, soğan xoşlamır. Ona da əl vurma. Digər yeməyə yaxınlaşanda deyirdi ki, bunu da qardaşın üçün bişirmişəm. Onun qaraciyəri xəstədir, bu yemək onun üçündür. Sual verirdim ki, mənə nə bişirmisən? Cavab verir ki, get sonra gələrsən. Beləcə qalırdım ac.

Atam nənəmə zarafatca deyirdi ki, o qədər uşağı ac saxladın ki, qaçdı getdi Moskvaya. Sonra dənizçi olmaq istədim. Bakıda da dənizçi məktəbi var. İstəyirdim ölkələri dəniz gəmisi ilə səyahət edim. Arzum yerinə yetdi, İttifaq dağılandan sonra məni beynəlxalq kruizlərə dəvət edirdilər.
Aralıq dənizi, okeanlar və sairə. Orada qoyulan şərt isə kruiz müddətində bir solo konsert vermək lazım idi. 26 gün isə birinci siniflə gəzintiyə çıxırdın. Əlavə isə ailə üzvlərindən kimi istəyirsən götürə bilirdin. Mən özümlə çox sevdiyim qızımı götürürdüm. Hər yerdə olmuşam, Braziliya, Argentina, Avropa və Afrika ölkələrini gəmi ilə səyahət emişəm. Beləcə arzularım çin olub”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO