Xalq artisti Emin: “Alyonadan ikinci övlad istəsəm də buna müqavimət göstərir” - VİDEO

“Özümə heç bir ekstravaqant şeyə icazə vermirəm. Mənim qara “Ferrari”m var, amma o avtomobildən istifadə etmirəm. Uşaqlarımla vaxt keçirməyi və onları bir araya gətirməyi çox sevirəm. İkinci xanımım Alyonadan kiçik Afina adlı qızım var. Alyona övladımızın üzünü göstərməkdən narahatlıq keçirir. O, qorxur ki, ona göz dəyər. Amma qalan uşaqlarımı hamıya göstərmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov “YouTube”da qonaq olduğu “Света Вокруг Света” (Dünya ətrafında Sveta) layihəsində deyib. 


Sənətçinin sözlərinə görə, dörd övladı ilə keçirdiyi zaman onun üçün olduqca dəyərli və qiymətlidir: 

“Afina mənimlə bir müddət əvvəl Bakıya gəlmişdi. Dörd uşağımla bərabər birlikdə vaxt keçirdik. Bəzən tətilə birlikdə gedirik. Mənim üçün ən xoşbəxt an bütün övladlarımın bir yerdə olmasıdır. Uşaqlardan biri yanımda olanda və hansı övladım olmayanda artıq narahat olmağa başlayıram. Onların hamısı bir-biri ilə çox yaxşı dostluq edir və bir-birlərini sevirlər. Sözün yaxşı mənasında, kim kimin övladıdır, aralarındakı bu cizgilər silinib. Çünki onların hamısı eyni ailədə yaşayır”. 


Xalq artisti birinci və ikinci ailəsinin yaxşı münasibətdə olduğunu bildirib: 

“Birinci həyat yoldaşım Leyla ilə ikinci həyat yoldaşım Alyona arasında çox yaxşı münasibət var. Mənsiz də yaxşı ünsiyyət qururlar, yazışırlar, danışırlar. Bu, onların şəxsi seçimidir. Bu baxımdan şanslıyam. Fərqli də ola bilərdi. Ümumiyyətlə, hesab edirəm ki, insanlar arasında vəziyyət nə qədər sakit olsa, hamı üçün bir o qədər yaxşıdır. Çünki kimsə münaqişədədirsə, bu, həmişə problemdir. Qalan vaxtı işləyirəm, musiqi və tikinti ilə məşğul oluram. Qrafik həmişə çox sıx olur. Çoxlu biznesim, yüzə yaxın şirkətim var. Böyük komandam var, tək deyiləm”. 


Geniş müsahibə zamanı E.Ağalarov bir müddət əvvəl ölkə başçısının “Sea Breeze” ailəvi-istirahət mərkəzinə ziyarətindən də söz açıb: 

“Elə oldu ki, cənab Prezident ilk dəfə “Sea Brezee” ailəvi-istirahət mərkəzinə baş çəkdi. Mən isə 15 ildir “Sea Brezee” ilə məşğul oluram. Bu, çox əlamətdar hadisə idi. Çünki bu illər ərzində nə planlaşdırdığımı, nələr edildiyini göstərmək və danışmaq imkanım oldu. Çox şadam ki, cənab Prezident hər şeyi bəyəndi. Və başa düşdüm ki, ən azı növbəti 15 il ərzində “Sea Brezee” ilə məşğul olacağam”. 


Emin ikinci həyat yoldaşı Alyona Qavrilova ilə münasibətlərindən bəhs edib. Ağalarov Qavrilovanı “həyatının möcüzəsi” adlandırıb: 

“Mən  ürək aşiqi (сердцеед) deyiləm. Həmişə ailə arzulamışam. Leyla xanımla tanış olanda ailə qurduq. Sonra bizdə nəsə alınmadı və yollarımızı ayırdıq. Buna baxmayaraq, inanıram ki, bu müddət ərzində biz uğur qazanmışıq. Ailəmizi qoruyub saxlamışıq. Hər halda, hər birimiz fərqli həyatlar yaşasaq da, özümüzü tam bir ailə kimi hiss edirik. Sonra Alyona ilə tanış oldum. Bu zaman onun artıq bir uşağı var idi. Və oğlunun indi 16 yaşı var. Hamımız yaxşı ünsiyyət qururuq. Bütün uşaqlar və valideynlər çox isti və rahat münasibətdəyik. Alyona və mən bir neçə ildir ki, birlikdəyik və heç nəyi dəyişməyi planlaşdırmıram. Onu çox sevirəm. O, bunu yaxşı bilir.

Təbii ki, mənim çox mürəkkəb xarakterim var. Cədvəlim sıxdır, ya qastrollarda oluram, ya tikinti işləri ilə məşğul oluram, və ya harasasa uçuram. Həmişə onun fikrini dinləyirəm, onunla məsləhətləşirəm, çünki onun baş verən hər şeyə öz baxışı var. Və mənə çox faydalı və düzgün məsləhətlər verir. Təbii ki, həyat tərzimi dəyişməyim üçün mübarizə aparır. "Daha çox dincəl, az siqaret çək və az alkoqol qəbul et" deyir. Alyona qızımızı böyütməklə məşğuldur. Harasa gedib uçsalar, onlarla maksimum vaxt keçirməyə çalışıram. Xüsusilə bir növ tətilə gedəndə, hər zaman onlarla birlikdəyəm.

Alyona yüksək üslub və zövqə malikdir. Və bu, onun üçün çox vacibdir. Deməzdim ki, onu əzizləyirəm, amma belə anlar təbii ki, olur. Amma məşğul olduğum üçün bunu etməyə çox vaxtım olmur. Yadıma düşür ki, ona bir qədər diqqət yetirməliyəm və bunu həmişə böyük məmnuniyyətlə edirəm. Ona sürprizlər etməyi sevirəm. O, həyatımın möcüzəsidir”.  


Müğənni ikinci həyat yoldaşı Alyona Qavrilova ilə Moskvada karaokedə tanış olduğunu söyləyib:

“Alyona olmasaydı, həyatım başqa cür cərəyan edə bilərdi. Onunla karaokedə tanış olduq. Bu, mənim karaokeyə gedib çıxış etdiyim dövrə təsadüf edirdi. O zaman tamaşaçım yox idi, karaokedə oxuyurdum. Alyona karaokeyə 15 dəqiqəlik gəlmişdi. Rəfiqəsi ilə gəldi, dayandı və getdi. Orada mahnı oxumadı. Sonra onunla görüşdüm, amma nömrəsini almadım. Daha sonra onunla yenidən görüşdüm. Ona yaxınlaşdım. Məni xatırladı. Onu o qədər bəyəndim ki, başımdan çıxara bilmədim və çıxarmağa da cəhd etmədim.

Başa düşdüm ki, onun övladı, öz həyatı var, mənim də öz həyatım var. Mən bunun uyğunsuz olduğunu düşündüm. Ancaq sonra, illər keçdikcə başa düşdük ki, bəlkə də kifayət qədər ciddi bir şey əldə edə bilərik.
Sonra toyumuz oldu, amma sonra biz ayrıldıq. Pandemiya dövrünü ayrı yaşadıq. Və sonra anladım ki, mən axmağam və hər şeyi düzəltməli və dəyişməliyəm. Və budur, biz yenidən bir yerdəyik. Hər şeyin yoluna düşdüyünə şadam. Ondan yenə uşaq istəyirəm, amma müqavimət göstərir”. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İş adamına 1 210 il həbs cəzası verildi

İş adamına 1 210 il həbs cəzası verildi

Türkiyə gözəli SAXLANILDI

Türkiyə gözəli SAXLANILDI

Goranboyda avtomobil qadını vuraraq öldürdü

Goranboyda avtomobil qadını vuraraq öldürdü

Gümüşün qiymətində yeni REKORD

Gümüşün qiymətində yeni REKORD

29 dekabr necə yadda qalacaq?

29 dekabr necə yadda qalacaq?

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI – Bu TARİXDƏ

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI – Bu TARİXDƏ

Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir? – VİDEO

Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir? – VİDEO

Bu qidaları acqarına qəbul etmək olmaz

Bu qidaları acqarına qəbul etmək olmaz

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Gələn həftə yenidən görüşəcəklər

Gələn həftə yenidən görüşəcəklər

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

End of content

No more pages to load

RADİO