Xalq artisti Emin Ağalarov Moskvada dünya şöhrətli amerikalı aktyor və prodüser Stiven Sigal ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Emin 71 yaşlı Stiveni ailəsinə məxsus "Agalarov Golf and Country Club"da qonaq edib.
Ağalarov Sigal ilə çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xalq artisti paylaşımına tezliklə S.Sigalın paytaxt Bakıya gələcəyini və sevənləri ilə görüşücəyinin anonsunu verib.
Rəşad Əliyev, Bizim.Media