Prezidentlər qarşısında çıxış edən Lalə Məmmədova: “Bu sənətimdə tarixi bir an oldu” - ÖZƏL

“Heç bilməzdim ki, ziyafətdən sonra bu qədər diqqət çəkəcəyəm. Mən hər bir sənət yoldaşımın uğuruna sevinirəm. Səhər açıldı, həmkarlarım və sıravi insanlardan çox gözəl və xoş mesajlar aldım. Hamı məni ziyafətdəki çıxışımla təbrik etdi. İnanın söz tapa bilmədim, ürəyim dağa döndü”.  

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət başçımız tərəfindən “Gülüstan” sarayında verilən ziyafətdə çıxış edən Əməkdar artist Lalə Məmmədova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  



Sənətçi mötəbər mərasimdəki çıxışı ilə bağlı sevinc hislərini bu sözlərlə ifadə edib:  

“İki böyük ölkənin rəhbərləri və onların xanımlarının önündə çıxış etmək qürurvericidir. O məsuliyyətdən, həyacandan ağlıma gətirə bilməzdim ki, bundan sonra bu mərhələ başlayacaq və hər kəs çıxışımla bağlı xoş sözlərini ünvanlayacaq. Bu mənim sənətimdə tarixi bir an, hadisə oldu. Heç gözləmirdim ki, gecə bitdikdən sonra onlar bizimlə gəlib görüşəcəklər. Mərasimdə olduqca səmimi ab-hava yaşanırdı. Biz musiqiçilər çox həyəcanlı idik. Hər zaman deyirəm ki, bir idmançılar bir də musiqiçilər ömürlərinin sonuna qədər hər çıxışlarında özlərini sübut etməlidirlər. Dövlət rəhbərləri tərəfindən bizim çıxışımız çox yüksək qiymətləndirildi. Konserti izləyənlər yazıb dedilər ki, hər şey muncuq kimi düzülmüşdü. Bir dənə artıq-əskik bir şey yox idi”.  

L.Məmmədova ziyafətdə niyə məhz “Sən Müşfiqin yanında qal, sənə qurban” mahnısını səsləndirməsini bu cür açıqlayıb:

"Ziyafətdə mən və sənət yoldaşlarım Rəcəb Tayyib Ərdoğanın sevdiyi nəğmələri səsləndirdik. Mənim oxuduğum Mikayıl Müşfiqin sözlərinə yazılmış “Sən Müşfiqin yanında qal, sənə qurban” mahnısı isə həm Azərbaycanda həm də Türkiyə musiqi dünyasında əhəmiyyətli yer tutur. Düzdür, bu mahnının sözlərini türklər başqa cür dəyişib oxuyurlar, amma mən Mikayıl Müşfiqin orijinal yazdığı kimi oxudum. Seçim çox düzgün idi”.  



Əməkdar artist bu çıxışının anası və qızları tərəfində də çox bəyənildiyini vurğulayıb:

“Anam çıxışımı çox yüksək dəyərləndirdi. Təəssüfləndiyim məqam isə atamın yoxluğudur. Kaş ki, atam da sağ olardı və bunları görərdi. Amma bu günə də şükür. Demək qismətdə anamın bu anlara şahidlik etməsi idi. Böyük qızımın başı qarışıb “Son zəng"ə. Amma kiçik qızım təəccüb və heyrət içində söylədi ki, “Ana sən prezindentlərin önündə oxumusan”. Uşaqdır da... Amma inanın qızlarımın sevincinin həddi-hüdudu yox idi. Mənim də bu tarixi günə bir qatqım olduğuna görə çox sevincli və qürurluyam”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

Quterreş ABŞ, İsrail və İranı hərbi əməliyyatları dayandırmağa çağırıb

End of content

No more pages to load

RADİO