Nahidə gənc həmkarlarını ƏLƏ SALDI: “Danışanda elə bil, ağızlarında isti kartof var” - VİDEO 

“Aktyorlar yox, rejissorlar “qabağa” gedir. Belə çıxır ki, filmə ayrılan vəsaiti rejissor qatlayıb qoyur cibinə. Həmin filmədə rejissorlar gənc aktrisaları çəkirlər. Onlara isə pul yox, reklam lazımdır. Amma pul bizim nəslin aktyorlarına lazımdır ki, dolana bilək. Bizə reklam lazım deyil çünki artıq bizi hamı tanıyır. Biz bu sənətdə sözümüzü demişik. Tamaşaçının sevgisi bizi yaşadır. Bu gün ki gün bizə reklam yox, yaşayışımız üçün pul lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova “Maqazin plyus” verilişinə müsahibəsində deyib. 

Sənətçi filmlərə çəkilən gənc həmkarlarının danışıq və nitq qabiliyyətlərinin olmadığını bildirərək onları məsxərəyə qoyub:

“Bir çox həmkarlarımın maddi problemləri var. İllər əvvəl rejissorlar filmə aktyor çəkəndə onlar teatrları gəzirdilər. Oradan aktyorları seçirdilər ki, çəkdiyi obraz, rol film üçün düşərli olsun. Aktyor o obraza və rola yaraşsın. İndi isə filmlərə yoldan keçəni çəkirlər. Belə olan halda o filmə heç film demək olmaz. Bu cür özünə aktyor deyən insanların nə ürəyi, nə beyni, nə də ki danışıq tərzləri var. Danışanda isə elə bil, ağızlarında isti kartof var. Danışıqları, nitq qabiliyyətləri yoxdur. Heç birinin səlis danışığı yoxdur. Bədbəxtliyimiz də ondandır. Elə də keyfiyyətsiz filmlər çəkilib, ortaya çıxır. Tamaşaçılar da baxmaq istəmir”. 

Aktrisanı film və seriallara çəkməyən rejissorlara səslənən N.Orucova hələ də potensialının olduğunu dilə gətirib: 

“Biz sevə-sevə türk və rus seriallarına baxırıq. Orada mövzular da həyatımızdan götürülüb. Nədənsə rejissorlar köhnə nəslin aktyorlarını film və seriallara çəkmək istəmirlər. Mən 43 ildir ki, bu sənətdəyəm. Görünür, rejissorların bizə ehtiyacı yoxdur. Cavan və gənc aktyorlar bizim filmə verəcəyimiz töhvəni verə bilməzlər. Rejissorlara səslənirəm ki, bizi də film və seriallara çəkin. Çünki bizim potensialımız hələ ki var”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO