Kübra Əliyeva: “Ofeliya Siyavuşun həmkarı ilə yaxınlığını bağışlamadı, intiqam aldı” - VİDEO 

“Siyavuş Aslanın böyük bir səhvi olmuşdu. O, teatrda çalışan bir aktrisa ilə yaxınlıq etmişdi. Bunu da onun həyat yoldaşı Əməkdar artist Ofeliya Aslan bilmişdi. Ofeliya həmin aktrisa ilə səhnəyə çıxırdı. Tərəf müqabili idi. Məsələ böyüdü və onlar boşanmaq həddinə gəlib çatdılar. Ondan sonra isə Ofeliya tərəfindən Siyavuş bağışlanmadı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva “YouTube”da yayımlanan “Portret” verilişlərin birində deyib.

Aktrisa Siyavuş və Ofeliya cütlüyünün arasına girən həmkarının dünyasını dəyişdiyini bildirib:

“O aktrisa da dünyasını dəyişib. Bizdə belə söz var “Torpaqlar xəbər aparmasın”. Amma gərək o aktrisa Siyavuşla yaxınlıq etməzdi. O ailəyə gərək o zərbəni vurmazdı”.

K.Əliyeva illər əvvəl S.Aslanın bir xanım müğənni ilə eşq yaşaması ilə bağlı söz-söhbətlərin yayıldığını vurğulasa da, lakin aktyor bunun yalan olduğunu ona söyləyib:

“Bir gün isə Siyavuşun bir müğənni ilə yaxınlıq etməsi ilə bağlı söhbəti çıxdı. Güya Siyavuş həmin qadın müğənni ilə yaşayır. Mən Kübra bunu görmədim, hiss etmədim. Günlərin bir günü “Nişanlı qız” tamaşasının Akademik Milli Dram Teatrında məşqinə gedirdik. O zamanlar “Jiquli” markalı avtomobilim vardı. Siyavuşu maşınımda məşqə aparırdım. Ondan soruşdum ki, belə bir söz-söhbət var. Siyavuş cavab verdi ki, “Əgər desələr ki, Siyavuş Kübra ilə görüşür, deyərəm ki, sənin maşınında gedirəm də, gördülər bizi. Amma inan Allaha, atamın goru haqqı o xanım müğənni, bəlkə nə zamansa mənə salam verib keçib gedib. Amma elə bir şey yoxdur”.

Əməkdar artistin sözlərinə görə Ofeliya Aslan həyat yoldaşı Siyavuş Aslanın aktrisa ilə yaxınlığını bağışlamadığını və ondan intiqam almaq hiss ilə yaşadığını açıqlayıb:

“Ofeliya bunlardan sonra çox dəyişdi. O ancaq intiqam almaq istəyirdi. Ofeliya onu bağışlamaq istəmədi. İllər keçdi bu şeylər onun içində böyüdü, sonra da Ofeliyanın bütün sinir sistemini pozdu. Artıq Ofeliyada bəzi olaylar başladı. Biz bunu Siyavuşa heç cür deyə bilmirdik. Bilirsiniz, Siyavuş Ofeliya Psixiatriya Xəstəxanasına yerləşdiriləndə necə ağlayırdı? Siyavuş asfaltın üstündə yerimirdi, sanki o havada gəzirdi. İnsanın belə bir halı olur, heç kimi görmürsən, heç kimə salam vermək istəmirsən.

O, çox pis halda idi. Ofeliya Siyavuşu bağışlamadı. Amma Siyavuşa bu addımı atmağa məsləhət verdilər. Siyavuş getdi həkimlərlə danışdı. Eşidəndən sonra arvadı Ofeliyada bu hadisələr baş verib, ona yardım etmək istədi. Amma Ofeliya bunu da səhv başa düşdü”. 
Qeyd edək ki, Ofeliya Aslan 18 may 2010-cu ildə 2 illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

O, Yasamal qəbiristanlığında dəfn olunub. Siyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub. Onların oğlu Çingiz Aslanov isə bu ilin aprelin 6-sında Yasamal qəbiristanlığında anasının yanında dəfn olunub. 
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO