Əməkdar artist Elza Seyidcahanın 4-cü nəvəsi dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
Seyidcahan qızı Gülşənin ikinci övladının oğlan olduğunu bildirib: “Gözümüz aydın oldu.
Dördüncü – İsa-Səmral balamız dünyaya gəldi, əbədi xoşbəxtliyə gözlərini açdı. Qızım əlinizdə-ovucunuzda, atalı-analı böyüsün”.
Qeyd edək ki, bir neçə həftə əvvəl E.Seyidcahanın oğlu Ələkbərin də ikinci övladı olmuşdu.
Rəşad Əliyev, Bizim.Media