EFİRDƏ DAVA: Mətanətin fikirləri Zülfiyyəni özündən çıxartdı - VİDEO

Müğənni Mətanət Əsədova ilə vəkil və aparıcı Zülfiyyə Bayramova arasında canlı efirdə mübahisə yaşanıb. 

Bizim.Media xəbər verir ki, bir-birinə zidd fikirlər səsləndirən tərəflər “Elgizlə izlə” ictimai-sosial verilişində dalaşıblar. 

Buna səbəb sözügedən proqrama pənah gətirən Valeh adlı şəxsin iki yaşında anası tərəfindən küçələrə atılması, indi isə ananın övladını taparaq, onu bağışlamasını istəməsi olub. 

Mətanət Valehi anasını bağışlamadığına görə qınayıb: 

“Anada günah yoxdur, durduğu yerdə, keyfindən balasını küçəyə atmaz. Deməli, hansısa ağılsız kişi tərəfindən nələrsə baş verir. O da məcbur qalıb bu addımı atır. Gözlərim valideyndə heç zaman səhv axtarmır.  Çünki xəlq edən Allah, yaradıcı güvvə isə valideynlərdir. Valeh, anan səni dünyaya gətirməsəydi, burada oturmayacaqdın. Ananı və atanı sevməyən övlad öz xanımını da sevməz. İlk əvvəl valideyni sevməlisən ki, evinə gətirdiyin yad qızı da sevəsən. Ana səhərə kimi yuxusuz qalıb, səni doqquz ay bətnində daşıyıb, sənin üçün hər şey edir, amma sən bir dənə ananı bağışlaya bilmirsən? Bu, harada görünüb? Niyə axı bağışlaya bilmirsən?”. 

Əsədovanın bu sözlərinə ekspert qismində verilişdə iştirak edən Zülfiyyə Bayramova əsəbi halda etiraz edib və yüksək səs tonu ilə qarşı tərəfin fikirlərinin yanlış olduğunu dilə gətirib: 

“Siz indi bu fikirlərinizlə publikaya, efirə işləyirsiniz. Analar baxıb desin ki, əhsən. Valehi qabağına qoyub danlayırsansa, Mətanət sən publikaya işləyirsən. Uşaq kimi onu danlayırsan. Valehi uşaq vaxtı anası atıb, çıxıb gedib. Əgər sən bu həyatı yaşamamısansa, o sevgidən məhrum olmusansa, bunları yaşayan insanı gəlib burada ittiham edə bilmərsən. Boş-boş danlayırsan. Gəlmisən bura, ağıllı-ağıllı danışıb, Valehi danlayırsan. Ana səni qucağında saxlayıb, amma Valehi yox. Ona görə sən belə danışa bilmərsən. Mən səninlə düz edirəm dava edirəm”. 

Zülfiyyənin “odlu-alovlu” çıxışından heyrətlənən Mətanət kəlmələri ilə vəkili sakitləşdirməyə çalışıb: 

“Anada günah yoxdur. Kimdir publikaya işləyən? Mən? Qulaq as, səhvin var. Əzizim, Valehi danlamıram. Niyə qışqıra-qışqıra danışırsan? Sən niyə o gözlə baxırsan ki. Mənimlə niyə alovlu danışırsan ki? Mən belə danışa bilmərəm? Sakit danış. Nə xəbərdir? Səhərin gözü açılmamışdan qışqırırsınız. Nə xəbərdir? Düz eləmirsən. Ürəyim yanır Valehə, buna görə bu sözləri ona deyirən. Anada səhv görmürəm. Niyə mənimlə axı dava edirsən? Heç kimi günahlandırmıram. Mən demirəm ki, Valeh sən niyə belə edirsən. Fikrimi deyirəm ki, mən anasında səhv görmürəm. Anası Valehin ayağına gəlib söylədi ki, məni bağışla. O da gərək anasını bağışlayardı”. 

Tərəflərin arasında gərginliyin pik həddə çatdığını görən proqramın aparıcısı Elgiz Əkbər onları sakitləşdirməyə çalışıb və efir yarıdan kəsilərək, reklama çıxıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

End of content

No more pages to load

RADİO