Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın və Azərbaycanın Xalq artisti Nəsibə Abdullayeva ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi Azərbaycan Diasporunun Özbəkistanda 20 illiyinə həsr olunmuş tədbirdə özbək həmkarı ilə bir səhnəni bölüşüb.
Musiqi ziyafətində, həmçinin Xalq artisti Teyyub Aslanov və muğam müsabiqəsi qalibi Kamilə Nəbiyeva da yer alıb.
Sözügedən mərasimdən sonra sənətçilər bir araya gələrək xatirə fotoları çəkdiriblər. Həmin şəkilləri isə G. Məmmədova sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Gülyanaq Məmmədova Azərbaycanla yanaşı, həmçinin ötən il Özbəkistanın Xalq artisti fəxri adına layiq görülüb.
Rəşad Əliyev, Bizim.Media