Elgiz Əkbər: "Xatirə ilə duet oxudum, özümə bahalı avtomobil aldım" - VİDEO  

Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, Elgiz aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində bildirib ki, illər əvvəl müğənni Xatirə İslamla oxuduğu mahnıya görə, özünə dəbdəbəli avtomobil alıb.

“İllər əvvəl musiqiçi və aranjimançı Yaşar Baxışla rastlaşdım. Çay süfrəsi zamanı ona müğənni olmaq istədiyimi söylədim.

Ona dedim ki, “Yaşar müəllim, toylara gedib, mahnı oxuyub, pul qazanmaq istəyirəm”. Sual verdi ki, səsin var? Cavab verdim ki, nəbilim, səsimin olub-olmadığını bilmirəm. Dedi ki, mənim üçün hansısa bir mahnını ifa et. Ağzımı açıb, züm-zümə edəndə reklam bitdi, məni efirə çağırdılar. Söhbətimiz elə orada yarımçıq qaldı və Yaşar müəllim fikrini mənə çatdıra bilmədi.

Ondan sonra bununla bağlı heç kimə bir daha müraciət etmədim. Amma oxumaq istəyi ürəyimdə idi. Ömrümdə nə mahnı, nə də ki, züm-zümə etmişdim. İllər sonra İctimai televiziyanın bir layihəsi oldu. Həmin layihədə müğənni Xatirə İslamla bir mahnını duet şəklində oxudum.
Ondan sonra bu nəğmə necə populyar oldu. Açıq etiraf edim ki, bu mahnı ilə özümə “Volkswagen Touareg” markalı avtomobil aldım. Bir mahnı ilə… Birinci avtomobilim yaman gündə, sınıq-salxaq idi. Xatirəyə də bu mahnını çox uğur gətirdi. Onu bu mahnıya görə çox sayda toylara dəvət aldı. Bizim ikimizi bu mahnıya görə tez-tez toylara cağırırdılar. Zəng edib deyirdi ki, bizim ikimizi Moskvada toyda görmək istəyirlər.

Bileti tez al, gəl toya. Deyirdim ki, 15 dəqiqəyə efirim başlayır, verilişi qoyub toya necə gələ bilərəm.

Əgər mən o zamanlar Xatirəyə qoşulub Moskvaya toylara getsəydim, çox pul qazanardım. Bir mahnı və bir duet böyük səs-küy yaratdı. Amma Xatirə məndən sonra bu mahnını başqa bəy müğənnilərlə oxusa da, tutmadı. Xatirə gözəl müğənnidir. O, bu mahnını daha əvvəl məşhur etmişdi. Amma bizim bu duetimizi xalq çox sevdi”, - deyə Elgiz vurğulayıb.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO