Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova yeni görünüşü ilə görənləri təəccübləndirib.
Bizim.Media xəbər verir ki, bacısının evlilik ildönümü üçün Sədaqət imicini 180 dərəcə dəyişib.
Stilist Elnur Həsənov S.Dadaşovanı vizaj edərək tanınmaz dərəcədə dəyişib. Həmin anları isə lentə alan Elnur sosial şəbəkə hesabında paylaşıb.
İzləyicilər Sədaqət Dadaşovanın bu dəyişimini çox bəyəndiklərini yazıb.
Qeyd edək ki, Sədaqət Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovun həyat yoldaşı olub. Müğənni Səidə Dadaşova Sədaqətin qızıdır. Onlar uzun müddətdir ki, küsülüdürlər.
Rəşad Əliyev, Bizim.Media