Müğənni Xatirə İslamın bloqer qardaşı Turalın səhhəti pisləşib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Estrada ulduzu bildirib ki, qardaşı bu gün təcili əməliyyat olunub.
Turalın xanımı Zümrüd isə həyat yoldaşının ayaq damarlarında problem yarandığını və dərhal əməliyyata alındığını bildirib.
Qeyd edək ki, Tural Zümrüd cütlüyünün bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media