“Fors-major hallar, gözlənilməz vəziyyətlər də olur. Çünki canlı sənətdir, hər şey olur. Küsülü olduğun tərəf müqabili də olur, məcbursan, oynamalısan. Başqa çarən yoxdur. Çünki mən Sənubər deyiləm, o an səhnədəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “ATV səhər” verilişinə müsahibəsində deyib.
Aktrisa səhnədə həmkarları ilə üzləşdiyi gözlənilməz hadisələrdən soz açıb:
“Elə olub ki, ya tərəf müqabilim, ya da mən sözlərimizi yaddan çıxarmışıq. Bir-birimizi o qədər yaxşı başa düşürük ki, vəziyyətdən çıxa bilirik. Replika gözləyən aktrisa deyiləm, situasiyaya baxıb sözümü deyirəm. Elə aktyorlar var ki, sözünü yaddan çıxarırsan, dayanıb üzünə baxır. Deyəcək ki, “Hə, nə oldu? De sözünü”. Kömək etməyəcək. Təki sən pis vəziyyətdə qalasan”.
Rəşad Əliyev, Bizim.Media