Rejissor və aktyor Kənan Mahmudov Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi “Facebook” hesabında status paylaşaraq film çəkmək üçün böyrəyini satmaq istədiyini yazıb:
Kənanın satirik statusunda qeyd olunur:
“Hörmətli Mədəniyyət Nazirliyi, böyrəyimi satıram. Qarabağın azadlığı haqqında film çəkəcəyəm. Sizdən pul istəmirəm, sadəcə olaraq birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olarsa, mən satıram. Bu arada spirtli içki içmirəm, siqaret çəkmirəm. Təmiz maldır”.
Rəşad Əliyev, Bizim.Media