Nadirdən ETİRAF: “Hadisələrə fikir bildirəndə xanımım deyir ki, sus, danışma” - ÖZƏL

“İllərdir ki, konsert vermək istəyirəm və bu, planımdadır. Konsert çox xərc tələb edir. Bilirsiniz ki, sponsor olmadığı üçün bizdə müğənnilərin əksəriyyəti konsert vermək üçün öz ciblərindən pul xərcləyirlər. Sponsorlar bəy ifaçıların konsert verməsi üçün qollarını çırmalamaq istəmirlər”. 

Bu sözləri müğənni Nadir Qafarzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi konsert vermək arzusunda olduğunu dilə gətirib: 

“Konsert vermək üçün isə mən pul yığmalıyam.  Bir müddət az yeməliyəm, geyinməliyəm və xərcləməliyəm ki, konsert verəcəyim məkana 70-80 min manat ödəyə bilim. Biletlərin də qiymətini çox baha qoymaq olmur. Amma mən konsert vermək istəyirəm.

Azərbaycan bəstəkarlarının yazdığı klassik əsərlərlərdən, retro mahnılardan ibarət canlı musiqili orkest ilə gözəl şəkildə konsert verim. Sənət, yaradıcılıq konserti etmək istəyirəm. Elə-belə yox... Konsert oldu, rəqqaslar səhnəyə çıxıb, atdandılar-düşdülər istəmirəm.
Yadda qalan bir gecə, alqış istəyirəm. İstəyirəm ki, oxuduqca tamaşaçıların alqışı dayanmasın. Alqışı çox sevirəm. Demək ki, yaxşı oxumalıyam ki, alqışlar gəlsin. Özüm də özümə gözəl konsert arzulayıram. Qismət olar siz də o konsertdə yanımda olarsınız”. 


Səkkiz il əvvəl “Yaşıl teatr”da həyat yoldaşı Sevinc xanıma konsert verən Qafarzadə növbəti dəfə bu cür gözlənilməz addım atacağı ilə bağlı bunları söyləyib: 

“2015-ci ildə ilk dəfə həyat yoldaşım Sevinc xanıma “Yaşıl teatr”da konsert verdim. Bu, ilk idi. İlkini də mən etdim. Əslində o konsert çox böyük risk idi. Həyat yoldaşımın simasında bütün xanımlara həsr etdim o konserti. Xanımların qorunması, əzizlənməsi, sevilməsi, qədrinin bilməsi üçün bir siqnal, çağırış idi. Bütün kişilər xanımlarını sevməlidir. Azərbaycan xanımları sevilməyə, əzizlənməyə layiqdirlər”. 

“Xanımınızı klipə çəkərsiniz?” sualına isə Nadir “Xeyr” deyərək, fikirlərini belə davam edib: 

“Həyat yoldaşım Sevinc xanım, eləcə də ailəm kameradan və efirlərdən qaçır. Onlar şou adamı deyillər. Xanımım evdardır. Bir xanım, ana və həyat yoldaşı olaraq öz evində, ailəsində öz işi və məsuliyyəti var”. 

İfaçı oğlu Əzizin tənbəl olduğunu vurğulayan Nadir bildirib ki, heç zaman qarşısına çəpər çəkməyib: 


“Oğlum bu yaxınlarda Kazımcanla Orxan Qarabasmanın yazdığı bir mahnı təqdim etdilər. O, çox tənbəldir. 25 ildən çoxdur ki, peşəkar səhnədəyəm. Bu gündə mahnılar yazdırıb, səs yazma studiyalarında yatıram, gözəl nəğmələr və yeniliklər axtarışındayam. Amma bəzi gənclər bir mahnı oxuyub, onunla da kifayyətlənirlər. Bir dənə mahnı oxudum, “star” oldum bitdi.

Yenidən addım atmağı sevmirlər. Amma belə olmalı deyil. Əsl ulduz hər zaman gözəl mahnılar axtarışında olmalı, keyfiyyətli işlər görməlidir. İşləməlisən, çünki hər an başqa birisi səni üstələyib, qarşından keçə bilər. Müğənni olmaması ilə bağlı heç zaman oğlunun önünə çəpər çəkə bilmərəm. Bu mümkünsüzdür.
Çünki onun 24 yaşı var və müstəqildir. Uşaq deyir ki, qulağını burub deyim ki, keç otur yerində. O, özü qərar verəcək. Görəndə ki, müğənni kimi heç kimə lazım deyil, oxuya bilmir, onda kənara çəkiləcək. Özü ağıllı, dərrakəli insandır. Zaman hər şeyi göstərəcək. Elə insanlar olub ki, gözləmədiyin halda zirvəyə qalxıb”. 

Fikirlərinə görə, hər zaman qalmaqala düşən N.Qafarzadə buna görə həyat yoldaşı Sevinc xanım tərəfindən tənqid olunduğunu söyləyib: 

“Həyat yoldaşım Sevinc xanım çox zaman mənə deyir ki, sus, danışma, mövqeyini bildirmə. Cavab verirəm ki, mən susa bilmərəm. Mən biganə qala bilmirəm hadisələrə, ona görə susmuram və fikirlərimi dilə gətirirəm. Biz insanıq, bizim də hisslərimiz, ruhumuz var. Baş verən hadisələr mənə toxunduğu üçün danışıram. Susa bilmərəm. Boş-boşuna danışmıram. Məni başa düşməyən onsuz da başa düşməyəcək”. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO