Bir sıra beynəlxalq musiqi yarışmalarında mükafata layiq görülən xanəndə Pərviz Qasımov Heydər Əliyevin 100 illiyi şərəfinə ifa edəcəyi “Heydər baba” əsəri ilə Türkiyə mediasında adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçinin bu layihəsi bir çox məşhur nəşrlərdə yer alıb.
Pərvizin səsləndirdiyi nəğmənin sözləri Baba Vəziroğlu, musiqisi özünə məxsusdur.
Sözügedən bəstəni ekranlaşdıracağını bildirən P. Qasımov bu mahnı barədə beynəlxalq aləmdə də danışılacağını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media