Nura Suri onu tənqid edən deputata ƏSƏBİLƏŞDİ: "Statusumu Milli Məclisdə mövzu edin" - ÖZƏL

"Yazdığım hansı status və ya toxunduğum hər hansı bir mövzu ajiotaj yaratmayıb ki? Evlilik təklifi ilə bağlı statusum da gündəm yaratdı, çünki, bizim cəmiyyətdə baş verən bəzi mentalitet adı ilə deyilən şeyləri başa düşmürəm". 

Bu sözləri müğənni Nura Suri Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Türkiyədə prezidentliyə namizəd Sinan Oğana etdiyi evlilik təklifi ilə gündəmə səs salan Nura Suri ilk dəfə bu məsələyə geniş şəkildə aydınlıq gətirib. 

S. Oğana evlilik təklif edən Suri bu addımını doğru hesab etdiyi dilə gətirib:

"Başa düşmədim, qadın bazarda maldır, nədir? Qadını seçə, təklif edə bilərlər, amma qadın öz istəyini və bəyəndiyini dilə gətirə bilməz? Bu harada yazılıb? Fikirlərim niyə tənqid və müzakirə olunmalıdır ki?! Türkiyədə prezidentliyə namizəd olan Sinan Oğana çox böyük rəğbətim var.

Niyə? Çünki, o, Azərbaycanı çox sevir və bizim torpağa köklərlə bağlıdır. Vətənpərvər və Azərbaycanı sevən bir insan kimi ölkəmizi sevən hər bir kəsə rəğbətimi bildirməyə azad biriyəm. Sinan Oğana sadəcə öz rəğbətimi bildirmişəm.
Düşünürəm ki, düz edib evlilik təklifi etmişəm. Ajiotaj yarandı və o insan haqda məlumatı olmayanın da informasiyası oldu. Sinan Oğan Azərbaycanda tanınırdı, yazdığım statusdan sonra lap çox tanındı.  

Əlbəttə ki, bilirəm Sinan evlidir, çox gözəl həyat yoldaşı, ona dəstək olan həyat dostu var. Sözlərimi ciddi qəbul edib, buna başqa bir don geyindirən, yumor hissi, sarkazm anlayışı olmayan və bu şeyləri anlamayan insanları başa düşmürəm". 

Milli Məclisin deputatı Elman  Nəsirovun söylədiyi "Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim" fikirlərinə Nura Suri "od püskürüb".  

E.Nəsirovu tanımadığını bildirən Suri qarşı tərəfin  onun vasitəsi ilə özünü reklam etməsinə sərt reaksiya verib:

"Milli Məclisin deputatı Elman Nəsirovun bu məsələ ilə bağlı açıqlamasına da öz fikrimi bildirdim. O, millət vəkilini tanımıram. Millət vəkillərinin çoxunu tanımıram. Kim ki, o kürsüdə oturub və Milli Məclisdə xalqın sözünü deyir, dövlət üçün yaxşı işlər görür...

Məsələn Qənirə Paşayeva, Nigar Arpadainin adını çəkə bilərəm. Onları izləyirəm və bəyənirəm. Qadınların vəzifədə, MM-də, hər yerdə öz ayaqları üzərində dayanıb pul qazanmalarını dəstəkləyirəm və hər bir xanımın yanındayam.  
Elman Nəsirovun Milli Məclisdə xalqın xeyrinə söz dediyini hələ eşitməmişəm. Ona görə də onu tanımıram. Əgər o, məni müzakirə edirsə, bu lap gülməlidir. Çıxardın yazdığım statusu Milli Məclisdə mövzu edin. Danışmağa başqa söz yoxdur? Niyə də?! Yox, əgər belə bir açıqlama verib "hayp" tutursa, onda ona bravo. Ayaqüstə alqışlayıram. İnsan bir günün içərisində gündəm oldu". 

Sonda Nura Suri bu il Milli Məclis seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyini açıqlayıb:

"Deputatlığa namizəd olmağı düşünürəm. Əvvəl bu haqda düşünmürdüm, amma indi daha çox düşünürəm. Builki seçkilərdə deputatlığa namizədliyimi verəcəyəm". 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO