Kübra Əliyeva: “Oğlumu narkotikə qurşandıran şəxs həbsxanada özünü asıb” - VİDEO 

“Həyat yoldaşım sağdır. Onun 83 yaşı var. O məndən 9 yaş böyükdür. Türkiyədən qayıdanda mənə zəng vurdu. Söylədi ki, gəlmişəm, Bakıdayam. İş adamı idi. O, hazırda İsmayıllıdadır. Mən orada yox, Bakıda yaşayırdım. 10 il birlikdə yaşadıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu aparıcı Elgiz Əkbərin “YouTube” layihəsində deyib. 

Birinci həyat yoldaşını sevmədiyini dilə gətirən sənətkar bildirib ki, ikinci əri ilə ayrılmasına səbəb qısqanclıq olub: 

“Bizim ayrılmağımıza səbəb isə qısqanclıq oldu. Onu çox qısqanırdım. O da məni qısqanırdı. Deyirdi ki, teatrdan çıx. Hər ikimizin bir-birimizə hörməti var. Həyatda insan bir dəfə sevər. Mən bir dəfə sevmişəm, o da olub ikinci oğlum Ayazın atası. İlk həyat yoldaşımı isə sevməmişəm. Bəzən olur ki, insan sevə-sevə ayrılır. Müəyyən şeylər baş verir ki, bağışlaya bilmirsən. Ayrılmışam, belə yaxşıdır. Mənə ər lazım deyil. Elə şeylər var ki, onları danışa bilmirəm. Nələr, nələr yaşandı... Böyük oğlum Raufun qəbri haqqı mən ikinci həyat yoldaşımı puluna görə sevməmişəm, nə də ki onun pulunu görmüşəm. Çox xəsis adam idi. Bu cür insanı da sevmək olarmış. Sevgi ayrı məsələdir. Gözü kör, qəlbi bağlı olur”. 

Böyük oğlu Raufun ağrılı-acılı taleyindən söz açan K.Əliyeva əlavə edib ki, övladını narkotikə qurşandıran şəxs özünü həbsxanada asıb:

“Allahıma şükürlər olsun ki, Ayaz kimi oğlum var. Ayazım Allahın mənə hədiyyəsidir. Sanki, Allah, bilirdi ki, böyük oğlum Rauf vəfat edəcək və Ayazı mənə hədiyyə etdi. Böyük oğlum Rauf 46 yaşında dünyasını dəyişdi. Bir dəfə də olsun ondan özümə qarşı bir kəlimə belə etiraz eşitmədim.
Rauf çox tərbiyəli, ağıllı idi. O, beş dil bilirdi. Raufu narkotikə qurşandıran şəxs özünü həbsxanada asdı. Rauf dünyasını dəyişəndə 130 kiloqram çəkidə idi. Ona o cür baxırdım. Rauf çox ruzili övlad idi. O, bir nömrəli həbsxanada yatırdı. O, oradan çıxmadı. Narkotikə görə orada çox yatdı. Lakin həbsxanada o narkotikdən istifadə etmirdi. Rauf həbsxanada çalışırdı, pul alırdı. Kompüter kurslarını orada oxudu, bitirdi”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO