Afaq Bəşirqızı: “Bu hadisəni Dilarənin qızları yuxuda eyni gecədə görüblər" - VİDEO

"Son günlərdə sizin nələr çəkdiyinizi mən bilirəm. Oqtayın mərasimlərini də yola verdiniz, Oqtayın anası Elmira xanımın, atası Vidadi müəllimin də qayğısına qalırsız, evdəki balalarınızı da ovundurdunuz, Oqtayın qəbir daşını da düzəltdirdiniz. Bütün bunlar isə sizin necə iradəli və möhkəm qadın olduğunuzu sübuta yetirir".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Söhbət var" verilişində deyib.

Avtoqəza nəticəsində faciəvi şəkildə dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdən söz açan sənətkar mərhumun həyat yoldaşı və proqramın aparıcısı Əməkdar artist Dilarə Əliyevaya sözləri və fikirləri ilə təsəlli verməyə çalışıb:

"Sizin ixtiyarınız yoxdur ki, özünüzə qapılasınız. Ataların bir misalı var, filankəsin dərdi özünə bəsdir. Bu dərd sizə bəsdir. Onsuz da biz heç nə edə bilmərik. Nə deyim? Nə təsəlli verim? Təsəlli verməyə də utanıram. Siz dağ kimi bir insanı, can, baş, ömür gün yoldaşınızı, övladlarınızın atasını itirdiniz. Oqtay çox cavan getdi.

Bizdə bədii mülahizələrimiz var ki, Oqtay yaşamalıdır. Dilarə siz Oqtayı yaşatmalısınız. İşinizi yarımçıq qoya bilməzsiniz. Bilirəm ki, bu proyektlərin hamısında Oqtayın əli, fikri, sizə olan məsləhətləri var. Olmaz! Biz müsəlmanıq, dinimizi çox sevirik, dinimizə çox inanırıq, əksəriyyətimiz namaz qılırıq, oruc tuturuq, gün ərzində 24 dəfə Allaha müraciət edirik, ona yalvarırıq, nəsə xahiş edirik. Əgər siz işlərinizi saxlasanız, başqa bir dünyanın insanı olsanız, hər şeyi bağlasanız, ağzı göyçəklər birdən belə deyər, filan söyləyər...

Yox! Sizin ixtiyarınız yoxdur, inanın mənə, davam etməlisiniz bu işləri. Ölənlə heç kəs ölməyib. Qurani Kərim kitabında da yazılıb ki, bu məxluqu ki, sevə-sevə mən yaradıram, onun özünü məhv etməyə ixtiyarı yoxdur. Siz öz işinizi davam etməlisiniz. Əksinə yeni layihələr etməlisiniz, incəsənət xadimləri ilə sıx əlaqədə olmalısınız. Siz öz sənətinizi davam etməlisiniz".

A.Bəşirqızı bildirib ki, Dilarənin hər iki qızı baş verən dəhşətli hadisə ilə bağlı eyni gecədə eyni yuxunu görüblər: 

"Hələ yadınızdan çıxartmayın, sizin kiçik qızınız Banu var. Banunun bu dəqiqə hər tərəfli sizə ehtiyacı var. Onun da ata ehtiyacını ödəməlisiniz, ata yoxluğunu itirməlisiniz, bildirməməlisiniz. Az öncə mənə elə bir məsələni danışdın ki, tüklərim biz-biz oldu.
İki bacı (Banu və Aytən - red.) eyni gecədə, eyni yuxunu görüblər. Aytən zəng edib anasına ər evindən ki, ay ana belə bir yuxu görmüşəm. Sən demə eyni yuxunu kiçik qızı Banu da görüb. Bütün bunların hamısı Allahın sənə olan işarələri, təsginliyidir. Bunu qiymətləndirin, çox xahiş edirəm".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

End of content

No more pages to load

RADİO