Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən 40 gün keçir.
Bizim.Media xəbər verir ki, bununıa bağlı mərhumla eyni qəzada yaralanan Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında paylaşım edib.
Oqtay Əliyevin fotosunu yayımlayan aktrisa “40 gün sürətlə keçdi. Allah rəhmət etsin” şərhini yazıb.
Qeyd edək ki, Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı O. Əliyev vəfat edib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və M. Zəki yaralanmışdı.
Rəşad Əliyev, Bizim.Media