Rəqsanə İsmayılova: “Təranənin övladları rəsmi qaydada yanımda qalırlar” - VİDEO

“Biz Azərbaycan Respublikasının vətəndaşıyıq və qanuni dövlətdə yaşayırıq. Mən Təranə Səmədova həbs olunduqdan sonra iki qız övladı Suel ilə Adeli Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa yerləşdirdim. Sonra dedim ki, mənə şərait yaradın ki, uşaqları gəlib görə bilim. Kəmalə xanıma ərizə yazdım ki, uşaqları görmək istəyirəm. Onlar bir həftədən sonra evimə gəldilər. Sonra isə Suel sığınacağa qayıtmaq istəmədi. Dedi ki, xahiş edirəm sizdə qalım. Anayam, övladlarm var. Hamı bilir ki, necə ürəyim və gəlbim var. Suelin bu sözlərindən pis oldum və uşaqların sığınacağa qayıtmasına açığı deyim qoymadım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi bildirib ki, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın iki qız övladı Suel ilə Adel onun evində qalır. İsmayılova vurğulayıb ki, Adel sığınacaqda yox, müğənnin evində qalmaq üçün rəsmi qaydada ərizə yazıb: 
“Dövlət qurumlarına xəbər verdim ki, Suel ağlayır və sığınacağa getmək istəmir. Qızı necə sığınacağa getməyə məcbur edə bilərəm? 14 yaşında bir uşaqdır. Danışığını bilir, savadlı bir övladdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Xətai Rayon İcra Hakimiyyətindən səlahiyyətli şəxslər hətta Kəmalə xanımın özü də bizə gəldilər. Suel rəsmi qaydada yazdı ki, xahiş edirəm məni və bacım Adeli Rəqsanənin evindən heç kim aparmasın, biz burada qalaq. Bacısı Adelə Suel baxıb. Artıq körpə Adel Sueli özünə ana bilir, ona bağlanıb. Bilirsiniz ki, illərlə Təranə ilə aramda nələr yaşanıb. Buna baxmayaraq, onunla danışmayaraq, onun övladlarını sinəmə çəkmişəm və evimdə saxlayıram”. 

Müğənni həmçinin qeyd edib ki, prodüserin övladlarının tərbiyəsi ilə Rəqsanənin övladlarının baxıcıları məşğul olur: 

“Mənim də körpə övladlarım var. Rusiyadan uşaq baxıcılarım var. Onlar hazırda yanımda Bakıdadırlar. Onlar ali təhsilli, pedaqoqdurlar. Suel ilə Adelə mənim uşaqlarım kimi baxıb, tərbiyə verirlər. Təranənin övladları yanımda qalıram. Öz başımdan o uşaqları yanıma gətirməmişəm. Gördüm ki, uşaqlar qalıblar ortada, bir insan olaraq, vicdanım ağrıdı. Həyat yoldaşım Fazil Əmiraslanovdan xahiş etdim ki, icazə versin onlar yanımda qalsınlar. Bu gündə onların maddi və mənəvi hər şeyləri üstümdədir. Suel dedi ki, sinif yoldaşlarıma görə sığınacağa getmək istəmirəm. Mənə biraz zaman verin, psixoloji olaraq özümə gəlim”. 

Rəqsanə açıqlamasında həmçinin əlavə edib ki, xərc çəkərək Təranənin evini təmirə başladıb:  

“Allah bütün xanımlarımıza dayaq olsun. Allah heç bir qadını bu həyatda sınağa çəkməsin. Mən həyatda çox yıxılmışam. Amma qalxmağı bilmişəm. Yıxılsam da, üstünə başqa hərəkətlər edib yenidən üstünə yıxılmamışam. Təranə yanımda olsaydı yıxılmazdı. Həyatdır, Allah ona sınaq verib. Allah onu övladlarına qovuşdursun. İnsan olaraq Təranənin övladlarına sahib çıxmışam. İcazəsiz şəkildə heç kəs mənim yanımda qala bilməz. Onların evi var. Həmin evi isə mən təmirə başlatmışam. Söz vermişəm ki, üç ildən sonra Adelin 18 yaşı olacaq. Ağlı başında, idmançı, savadlı qızdır. Məndən heç kimə pislik gələ bilməz. Düşmənim də olsa belə görsəm ki, o yanır, yenə də kömək edərəm. Vicdanım təmizlir. Nə edirəmsə Allaha görə edirəm. Hansı yaxşılığı edirəmsə, qoy övladlarımın qabağına çıxsın”. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

İsmayıllıda 6 otaqlı ev yandı – VİDEO

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

Netanyahunun iranlıları üsyana çağırmaq təklifinə Trampdan REAKSİYA

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

"Kiməsə üzülə bilmirəm, mənə də asan deyildi"

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Xaricdən avtomobil sifariş edənlərə xəbərdarlıq – VİDEO

Rusiyada dollar qadağası – RƏSMİ

Rusiyada dollar qadağası – RƏSMİ

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Sumqayıt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Əraqçi: İran danışıqlar istiqamətdə çağırışları qəbul etmir

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

End of content

No more pages to load

RADİO