İki il əvvəl koronavirus infeksiyasından vəfat edən Xalq artisti Səməd Səmədovun ailəsinə mərhumun xanım həmkarları baş çəkib.
Bizim.Media xəbər verir ki, müğənnilər Yeganə Mürsəlova və Sevda Əliqızı sənətkarın həyat yoldaşı İradə xanımla çəkilən fotolarını sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Qeyd edək ki, S.Səmədov 74 yaşında Covid19-dan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. İki il əvvəl onun bacısı da koronavirusdan vəfat edib.
Rəşad Əliyev, Bizim.Media