Xəbər verdiyimiz kimi, ötən gün qəfil səhhəti pisləşən müğənni Səidə Dadaşova əməliyyat olunub.
Müğənnin əməliyyatdan sonrakı vəziyyətini öyrənmək üçün Bizim.Media-nın əməkdaşı Səidə Dadaşovanın həyat yoldaşı Məhəmməd bəylə (Maqa) əlaqə saxlayıb.
Sənətçinin həyat yoldaşı qısa olaraq bunları söyləyib:
“Səidə xanımın əməliyyat dörd saat davam etdi. Şükür, indi özünü o daha yaxşı hiss edir”.
Qeyd edək ki, ifaçının ginekoloji əməliyyat keçirdiyi bildirilib.
Rəşad Əliyev, Bizim.Media