Müğənni Dilarə Kazımova yeni fotosessiyası ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçi həcmli çiyinləri olan ağ libasda və halqavari baş aksesuarı ilə fərqli obrazda obyektiv qarşısına keçib.
Dilarənin şəkillərinin müəlifi isə peşəkar fotoqraf Orxan Aslanova məxsusdur.
D.Kazımova sosial şəbəkə hesabında paylaşdığı fotolara “Bizim içimizdə iki insan var. Ağ və qara. Onlar eyni anda bizimlə danışırlar və bizim hansına qulaq asacağımız isə öz əlimizdədir.
Amma unutmayaq ki, ağ və qara vəhdət təşkil edir. Ağ qarasız, qara isə ağsız olmaz” şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media