Türkiyənin superstarı Ajda Pekkan yeni fotosessiyası ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, 77 yaşlı pop ulduz 60-cı sənət ilində dünyaca məşhur “Vogue” dərgisinin üz qabığının siması olub.
Bir-birindən dəbdəbəli obrazlarda obyektiv qarşısında keçən Ajda Pekkan füsünkar və gözoxşayan görünüşü ilə modelləri kölgədə qoyub.
Rəşad Əliyev, Bizim.Media